Mingəçevir Dövlət Universiteti və AzTU-nun təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də enerji klasteri çərçivəsində vörkşop keçirilib.

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan İES” MMC-də “Azərbaycanda elektrik enerjisinin tələb və təklif tarazlığı – istehsal, ötürmə və istehlakın balanslaşdırılması” mövzusunda vörkşop keçirilib.
Tədbir Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və istifadəsinə dair 2025-ci ilin 6 dekabr tarixli Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib. Vörkşopun əsas məqsədi Azərbaycanın və regionların elektroenergetika potensialının səmərəli istifadəsi, enerji istehsalı və istehlakı arasında tarazlığın təmin edilməsi, elmi-tədqiqat və istehsalat əməkdaşlığının gücləndirilməsi olub.
Vörkşopda Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev, “Azərenerji” ASC, “Azərbaycan İES” MMC-nin və “Mingəçevir SES” MMC-nin rəhbər və işçi heyəti, , eləcə də hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyəti iştirak edib.
Tədbir Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin moderatorluğu ilə keçib. Vörkşop çərçivəsində Azərenerji ASC-nin İdarə Heyətinin sədrinin müşaviri Üzeyir Yusifov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Mingəçevir SES” MMC-nin direktoru Oqtay Pirverdiyev, AzTU-nun prorektoru Fariz Məmmədov, Energetika fakültəsinin dekanı, professor Hüseynqulu Quliyev, həmçinin Mingəçevir Dövlət Universitetinin müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı Qədir Məmmədli mövzu ətrafında təqdimatlarla çıxış ediblər.
Çıxışlarda elektrik enerjisi sistemində tələb və təklifin balanslaşdırılması, istehsal güclərinin optimallaşdırılması, ötürmə şəbəkələrinin rolu, bərpa olunan və ənənəvi enerji mənbələrinin inteqrasiyası, eləcə də universitet–sənaye əməkdaşlığının əhəmiyyəti geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu cür birgə elmi-praktiki tədbirlər ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və kadr potensialının inkişafına mühüm töhfə verir.
Vörkşop iştirakçıların sualları, fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteitnin "Energetika mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi" ixtisaslarında təhsil alan tələbələrin istehsalat təcrübəsi "Azərbaycan İES" MMC-də keçirlər. Həmçinin, praktiki dərslər stansiyanın istehsalat bölməsində və tədris mərkəzində keçirilir.
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü