Azərbaycanda bu materialın dövriyyəsi qadağan ediləcək

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir.
“Dialoq.az ” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.
Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton asbest və 27634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.
Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. ÜST-nin təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.
Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.
BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.
“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.
Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü