“QHT-lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq”

Bu gün Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Dialoq.az AZƏRTAC-a istinadən xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva dəyişiklikləri izah edib.
“Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır” , - A.Əliyeva bildirib.
O qeyd edib ki, indiyədək bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databankı, təhlili yox idi:
“Bu isə müəyyən qədər pərakəndəliyə, müxtəlif dövlət qurumları tərəfindən bəzən eyni layihələrə görə təkrar vəsaitin ayrılmasına, dublikat, plagiat layihələrin maliyyələşdirilməsinə səbəb olurdu. Etiraf olunmalıdır ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək”.
A.Əliyeva onu da bildirib ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir: “Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, lakin bütün bu qurumlar QHT-lərlə işi vahid qurumla - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiya edəcək. Dövlət qurumlarının QHT-lər üçün müsabiqələri bundan sonra QHT Agentliyi ilə birlikdə elan etməsi, tərəflərin ekspertizanı kollegial aparması, nəticələri birlikdə ictimaiyyətə elan etməsi nəzərdə tutulur. Birlikdə keçirilmiş müsabiqənin qaliblərinə vəsaitlərin köçürülməsi, onlarla müqavilələrin bağlanması, bu layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə müvafiq dövlət qurumu yenə özü məşğul olacaq. Bütün təfərrüatlar 3 ay müddətdə işə düşəcək yeni qaydalarda əksini tapacaq. 6 ay ərzində isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayacaq”.
O deyib ki, yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək. “Dövlətimizin başçısının bu yüksək etimadını doğrultmaq üçün Agentlik bundan sonra da əzmlə çalışacaq”, - deyə icraçı direktor vurğulayıb.
A.Əliyeva onu da bildirib ki, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq:
“Dövlətimizin başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək”.
Dialoq.az
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var
22-06-2026, 21:43
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 21:42
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
22-06-2026, 13:20
Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir
22-06-2026, 09:59
Mingəçevirdə 35 yaşlı kişini döyərək öldürdü - Foto