Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Dialoq.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.
Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.
Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.
Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.
Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram”.
***
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və bütün planlarınızın həyata keçməsində uğurlar arzulayıram.
İqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin firavanlığına və xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.
Azərbaycan Respublikası həmişə Rusiya Federasiyası ilə əməkdaşlığın bütün sahələrində, o cümlədən regionlararası səviyyədə strateji tərəfdaş olub və olmaqda davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qurulmuş dostluq əlaqələrini yüksək qiymətləndirir, bölgəmizlə çoxşaxəli, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm”.
***
Rusiya Federasiyasının senatoru İlyas Umaxanov:
“Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan uzun illərdir ki, qlobal aləmdə mövqelərini inamla möhkəmləndirir və mürəkkəb beynəlxalq gündəmə baxmayaraq, nəzərəçarpan uğurlar əldə edir.
Rusiya ilə Azərbaycan əsas regional məsələlər üzrə maraqlar balansını və qarşılıqlı anlaşmanı tapmağa çalışaraq əməkdaşlığı davamlı olaraq inkişaf etdirirlər.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq diləyir, qardaş Azərbaycan xalqının və ölkələrimizin rifahı naminə yeni böyük nailiyyətlər arzulayıram”.
***
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.
***
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer:
“Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Cüdo Federasiyası adından və şəxsən öz adımdan təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, uğurlar arzulayıram. Qarşıdan gələn ildə Sizə yeni nailiyyətlər və yaxınlarınızla birlikdə xoş günlər diləyirəm.
Sizin gözəl nailiyyətləriniz, ümumilikdə idmanın və xüsusən də cüdonun inkişafına verdiyiniz dəyərli töhfələr liderliyinizi müəyyən edən sədaqət, dürüstlük, uzaqgörənlik kimi yüksək keyfiyyətlərdən xəbər verir. Dəstəklədiyiniz dəyərlər və uzunmüddətli perspektivə hesablanmış uğurlu fəaliyyətiniz idmanın, o cümlədən cüdonun Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cəmiyyətə müsbət təsirini gücləndirir. Bütün bunlar milli və qlobal səviyyədə idman mənzərəsini zənginləşdirməyə davam edir və mükəmməlliyə, inkişafa doğru irəliləyənlər üçün ilham mənbəyi olaraq qalır.
Beynəlxalq Cüdo Federasiyası ilə səmərəli əməkdaşlığınızı yüksək qiymətləndiririk və bunu davam etdirməyi səbirsizliklə gözləyirik.
Doğum gününüz mübarək!”
***
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif:
“Zati-aliləri.
Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.
Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.
Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.
İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.
Zati-aliləri, mən Bakıda olarkən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda “Pakistan Asan Xidmət” mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra “Pakistan Asan Xidmət” mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış “Pakistan Asan Xidmət” mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
İordaniyanın Kralı II Abdullah:
“Hörmətli cənab Prezident.
Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Dialoq.az
Bugün, 16:21
Eyni keçiddə 3 saatda 2 qəza: BDYPİ sürücülərə sərt xəbərdarlıq etdi
Bugün, 11:08
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Bugün, 09:49
ADNA terroru: 17 il ötdü
Bugün, 09:42
Masallıda külli miqdarda narkotik aşkarlanıb: 24 yaşlı şəxs həbs edildi
Bugün, 09:38
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır
Bugün, 09:35
Ağa Əliyev Avropa çempionu oldu
Dün, 19:04
Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı
Dün, 19:00
Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi
Dün, 18:58
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dün, 18:55
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
Dün, 09:27
Mingəçevir Dövlət Universitetində rəqəmsal gələcək və yeni karyera imkanları müzakirə olunub
28-04-2026, 23:02
Uzun illərin müəllimi Vaqif Hacıyev – zəngin ömür yolu
27-04-2026, 23:00
Mingəçevirdə “Vətən uğrunda gedən şəhidlər” devizi altında şəhid ailələri ilə görüş keçirilib
27-04-2026, 22:06
Prezident kuboku-2026 reqatasına start verilib
27-04-2026, 17:32
Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü
26-04-2026, 16:29
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi-Fotolar
26-04-2026, 16:25
İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü
26-04-2026, 13:35
“Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”
26-04-2026, 11:36
İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - “Məni dərindən sarsıtdı”
26-04-2026, 11:11
Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26-04-2026, 09:19
“Səfərin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”
26-04-2026, 09:18
Tədbirdə atəş açan şəxsin kimliyi - Açıqlandı
25-04-2026, 21:06
Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25-04-2026, 20:54
Azərbaycan və Ukrayna saziş imzaladı
25-04-2026, 20:45
Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Elmi Konfransın yekunu keçirilib
25-04-2026, 18:34
Rusiya Dnepri vurdu - Ölənlər var
25-04-2026, 16:33
“Bu gün 6 sənəd imzaladıq” - Zelenski