Daşınmaz əmlak bazarında vəziyyət: Bəzi evlərin qiyməti artıb

“2020-ci ildə pandemiyanın yayılmağa başladığı ilk dövrdə müxtəlif məhdudiyyətlərin tətbiqi, sərhədlərin bağlanması, bir çox sahələrin fəaliyyətini dayandırması, insanların rayonlara qayıtması və rayonda olanların paytaxtda gələ bilməməsi nəticəsində kirayə mənzil bazarı tamamilə çökdü. Ölkəmizdə olan xarici vətəndaşların öz ölkələrinə qayıtması bu prosesi daha da dərinləşdirdi”.
Bunu “Report”a açıqlamasında daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bildirib ki, sərt karantin rejimi tətbiq olunanda insanlar təqribən mart-aprel aylarında bağ evlərinə üz tutub:
“Bundan sonra bağ evlərinin qiyməti artdı və kirayəyə verilməsində sürətlənmə oldu. Qiyməti 150-250 min manat arasında olan evlərə tələbat çoxaldı. Sonra isə getdikcə karantin şərtlərində yumşalmalar oldu və artıq həm də qış ayı olduğuna görə bağ evlərinə demək olar ki, tələbat qalmayıb.
Ötən il bina evlərinin satışı dayandı, lakin bu qiymətə elə də təsir etmədi. Bəzi əmlaklar var idi ki, onların qiymətləri həddən çox şişirdilmişdi. Həmin əmlakların qiyməti sonradan azalmağa başladı. Yeni tikili binalarda isə qiymət azalması olmadı. Çünki bir müddətdir ki, yeni tikili binaların inşası əvvəlki kimi davam eləmir. Şəhərin mərkəzində yerləşən bahalı evlərin isə demək olar ki, satışı yoxdur”.
Ekspert kommersiya obyektləri ilə bağlı vəziyyəti də şərh edib: “Bəzi obyektlərin, məsələn, şadlıq evlərinin qiyməti əvvəllər fantastik və müştəriləri də çox idi. Artıq bir ilə yaxındır ki, onların qapısı bağlıdır və qiymətləri düşüb. Toy mərasimləri ilə əlaqədar olan bütün obyektlərin fəaliyyəti dayanıb. Ona görə də həmin obyektlər bazara hansı qiymətə çıxarılsa da, onlara tələbat yoxdur. Bəzi obyektlərin qiymətində isə kəskin artım oldu. Misal olaraq market və aptek fəaliyyəti üçün yararlı olan yerləri göstərmək olar. Çünki pandemiya dövründə bütün sahələr bağlansa da, bu obyektlərin fəaliyyəti davam etdi”
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı