Xankəndidə terror planlaşdıran erməniəsilli şəxs məhkəməyə çıxarılır
Gündəm
Oxunub: 109
28 Kas 2025 | 15:14
Xankəndidə terror planlaşdıran erməniəsilli şəxs məhkəməyə çıxarılır

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirlərilə, Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 16:21
Eyni keçiddə 3 saatda 2 qəza: BDYPİ sürücülərə sərt xəbərdarlıq etdi
Dün, 11:08
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Dün, 09:49
ADNA terroru: 17 il ötdü
Dün, 09:42
Masallıda külli miqdarda narkotik aşkarlanıb: 24 yaşlı şəxs həbs edildi
Dün, 09:38
Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır
Dün, 09:35
Ağa Əliyev Avropa çempionu oldu
29-04-2026, 19:04
Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı
29-04-2026, 19:00
Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi
29-04-2026, 18:58
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
29-04-2026, 18:55
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
29-04-2026, 09:27
Mingəçevir Dövlət Universitetində rəqəmsal gələcək və yeni karyera imkanları müzakirə olunub
28-04-2026, 23:02
Uzun illərin müəllimi Vaqif Hacıyev – zəngin ömür yolu
27-04-2026, 23:00
Mingəçevirdə “Vətən uğrunda gedən şəhidlər” devizi altında şəhid ailələri ilə görüş keçirilib
27-04-2026, 22:06
Prezident kuboku-2026 reqatasına start verilib
27-04-2026, 17:32
Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü
26-04-2026, 16:29
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi-Fotolar
26-04-2026, 16:25
İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü
26-04-2026, 13:35
“Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”
26-04-2026, 11:36
İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - “Məni dərindən sarsıtdı”
26-04-2026, 11:11
Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26-04-2026, 09:19
“Səfərin ləğvindən 10 dəqiqə sonra İran yeni təklif göndərdi”
26-04-2026, 09:18
Tədbirdə atəş açan şəxsin kimliyi - Açıqlandı
25-04-2026, 21:06
Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25-04-2026, 20:54
Azərbaycan və Ukrayna saziş imzaladı
25-04-2026, 20:45
Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Elmi Konfransın yekunu keçirilib
25-04-2026, 18:34
Rusiya Dnepri vurdu - Ölənlər var
25-04-2026, 16:33
“Bu gün 6 sənəd imzaladıq” - Zelenski