DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib


Dialoq.az xəbər verir ki,bu barədə "DİN"-in mətbuat xidmətindən məlumat verilib.Belə ki,Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistr və doktorantları da tədbirə qatılıblar.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.
Tədbir panel çıxışlarla davam edib.
İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirilib.
Konfrans çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər kimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən biri kimi qeyd olunub.
Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

























Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü