Yevlaxda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik ili" çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri, qazilər, müharibə veteranları üçün iftar süfrəsi təşkil olunub. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə "İmamzadə ziyarətgah" kompleksinin rəhbəri Hacı Tahir Abbasov, "Seyid Yusif Ağa" ocağının rəhbəri Hacı Seyid Səbuhi Yusifov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi, Şəhid ailələri, qazilər və aztəminatlı ailələrin üzvləri iştirak ediblər.
Mərasimdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirələrini bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, mübarək Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Yevlax rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.
İcra Başçısı çıxışında ölkəmizdə hakim olan sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulamışdır.
Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirmişdir ki, ölkəmizin ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlətimizin siyasətinin əsas prioritetlərindən biridir.
Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricindəki uğurlu fəaliyyətindən ətraflı bəhs edərək bildirmişdir ki, multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fond tərəfindən yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.
Şəhər rəhbəri Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Daha sonra Yevlax şəhər “Cümə” məscidinin imamı Hacı Eldəniz, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə "İmamzadə ziyarətgah" kompleksinin rəhbəri Hacı Tahir, “Seyid Yusif Ağa” Ocağının rəhbəri Hacı Seyid Səbuhi tərəfindən “Qurani-Kərim” dən ayələr oxunmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmiş, həmçinin qeyd olunmuşdur ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin multikultural dəyərlərə sadiqliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.
Mərasimdə çıxış edən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Ceyhun Əyyubovun anası Arzu Əyyubova Şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Mərasimin gedişində Yevlax şəhər “Cümə” məscidinin imamı Hacı Eldəniz, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Gəncə "İmamzadə ziyarətgah" kompleksinin rəhbəri Hacı Tahir, “Seyid Yusif Ağa” Ocağının rəhbəri Hacı Seyid Səbuhi dini dəyərlərin təbliğində və rayonun ictimai həyatında göstərdiyi fəallıqlarına görə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.














Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var