Yevlaxda 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki “Hayat” restoranında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonun idarə və müəssisələrinin qadın rəhbərləri, Şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, iştirakçıları salamlayaraq, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik etmiş,fəaliyyətlərində uğurlar arzulamış, bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmış, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunmuşdur. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolu daim diqqət mərkəzində saxlanılır. Natiq ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Çıxışının davamında Vətən Müharibəsindən danışan Elnarə Əzizova qeyd edib ki, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız Möhtrəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad edib.
Tədbirin gedişində Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid analarına gül dəstələri təqdim olunub.
Şəhid atası Fərman Kazımov çıxışında qadınları təbrik edərək, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıb.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənən bir qrup Yevlaxlı qadınlar Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə mükafatlandırılıb.















Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü