Yevlaxda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
“Dədə Qorqud” parkında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, gənclər və idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində, o cümlədən Yevlaxda da müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır. Ölkə Başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
Keçirilən idman tədbirində müxtəlif idman növləri üzrə, müxtəlif çəki dərəcələrində fəaliyyət göstərən, ölkə və dünya səviyyəli yarışlarda iştirak etmiş idmançılar öz bacarıqlarını nümayiş etdirmişlər.
Sonda bir qrup Yevlaxdan olan idmançı Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişdir.







Dialoq.az
Dün, 21:39
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
Dün, 13:18
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
9-10-2026, 21:13
MDU-da mühəndislik üzrə magistrantlarla görüş keçirilib: elmi tədqiqat və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub
9-10-2026, 20:47
Universitet–məzun əlaqələrinin inkişafına töhfə – Mingəçevir Dövlət Universitetinin məzunları ilə çay süfrəsi ətrafında görüş keçirilib
9-10-2026, 13:44
Yevlaxda ASAN xidmət bu tarixədək sakinlərə xidmət göstərəcək
8-10-2026, 17:00
Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun məzarı ziyarət edilib
6-10-2026, 18:47
Tanınmış cərrah İcbari Tibbi Sığortanı tənqid etdi - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
5-10-2026, 21:51
“İranın iştirakına gəldikdə, tutarlı sübut görməmişəm”
5-10-2026, 21:40
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib
5-10-2026, 21:22
Mingəçevir Dövlət Universitetində müəllim əməyinə yüksək dəyər: Fəaliyyəti ilə fərqlənən professor-müəllim heyəti təltif olunub
5-10-2026, 20:26
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
5-10-2026, 18:10
DƏHŞƏTLİ HADİSƏ: Ər arvadını baxçada bıçaqladı -VİDEO
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR