YAP Yevlax rayon təşkilatı və Yevlax rayon təhsil sektoru birgə tədbir keçirib

YAP Yevlax rayon təşkilatının və Yevlax rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “26 Fevral Xocalı Soyqırımı Günü” ilə əlaqədar Yevlax rayon məktəbliləri arasında “Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli səhifəsidir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi yekunlaşıb.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə müsabiqənin qalibləri təltif olunub.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev öz nitqində Xocalı soyqırımından geniş bəhs edərək,mənfur erməni xislətini dünyaya sübut edən tarixi faktları və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə verilmiş hüquqi-siyasi qiyməti, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanın mahiyyətini diqqətə çatdırıb.Qeyd edilib ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə güclü Azərbaycan Ordusu həm Vətən müharibəsində, həm də anti-terror tədbirləri zamanı düşməni döyüş meydanında məğlub etdi. Hərbi və diplomatik yolla əldə etdiyimiz uğurlu Qələbədən sonra bu gün Azərbaycan Bayrağı Xocalıda və digər əzəli torpaqlarımızda qürurla dalğalanır.
Çıxış edən Yevlax şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini, Xocalı sakini İlayə Hüseynova bildirib ki, 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı qırğını zamanı erməni təcavüzkarlarının vandalizm hərəkətləri bəşəri cinayətdir. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr döyüşlərində əldə etdiyimiz Qələbə ilə bütün şəhidlərimizin qisasını alındı. Bu gün şəhidlərimizin müqəddəs ruhu şaddır. Ona görə ki, Xocalı və Qarabağ azaddır.
Tədbir çərçivəsində müsabiqə qalib gələn şagirdlər inşalarını məruzə ilə təqdim ediblər.
Müsabiqədə 1-ci yerin qalibi Yevlax şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Qəribov Allahverdi Anar oğlu, 2-ci yerin qalibi Yevlax rayon Səmədabad kənd tam orta məktəbin 10-cu sinif şagirdi Qurbanlı Duyğu Firdovsi qızı, 3-cü yerin qalibi Yevlax şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəfərli Sevdayə Fizuli qızı və fərqləndiyinə görə Yevlax rayon Varvara kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rəsulzadə Sayalı Rəşad qızı YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub, qaliblərə hədiyyələr təqdim edilib.












Dialoq.az
Dün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Dün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü