Tanınmış ictimai xadim Aydın Xan Əbilov: "Polis olmasa oğrular gecə çoxlarının alt paltarlarına qədər oğurlayarlar"

İmişli şəhərində baş verən gözlənilməz avto-qəza təəssüf doğuran olaydır: hadisə nəticəsində, dünyasını dəyişənlərə rəhmət, yaralananlara şəfa, valideynlərə və qəzəblənmiş doğmalarına səbr arzulayırıq…Ölkədə yüzlərlə, dünyada yüzminlərlə belə avtoqəza baş verir, heç kim bundan sığortalanmayıb və kimsə də istəməz ki, baş versin. DYP əməkdaşları xidməti maşınında boş yolda, heç kimi qovmadan, başqa maşını təqib etməyərək, operativ nəqliyyat vasitəsinin bütün siqnallarını işlədərək, düz yolda gedən zaman, yol hərəkəti qaydasını pozan başqa bir mülki nəqliyyat vasitəsinin sürücüsünün diqqətsizliyi nəticəsində qəzaya düşür.
Verilən məlumata görə, dayısının maşınını qaçırmış təcrübəsiz yeniyetmənin günahı ucbatından hadisə baş verib. Güman ki, xidməti tapşırığı xüsusi rabitə vasitəsi, daha çox isə smartfonla aldığı bir anda bu faciə ilə nəticələnən hadisə – idarəetməni itirməklə ciddi fəsadlarla nəticələnən avtoqəza baş verir. Əlbəttə, dövlət qurumları qəzaya qiymət verəcəklər, fəqət, insanların faciəsi və kədəri üzərində alver edən siyasi və sosial media dəllaları fursətgillik edib yenə qəzəb püskürməyə başladılar. Onlar unudurlar ki, polis və hüquq-mühafizə orqanlarının nümayəndələri olmasa, küçələrimizdə belə qanlı hadisələrin sayı-hesabı olmaz. Üstəlik də polisimizin ciddi nəzarəti olmasa, oğrular gecə çoxlarının evlərini yarar, hətta qorxmadan, nələri varsa, alt paltarlarına qədər, oğurlayarlar.
XX əsrin sonunda ölkəmizdə davamlı olaraq baş verən o cur hərc-mərcliyi nə tez unutdular?! DYP-nin xidməti avtomobilinə xəsarət yetirən qəzəbli kütlə isə unutmamalıdır: o maşınlar elə sizin vergi və dövlət büdcəsinə ödədiyiniz vəsaitlə alınır. Əzdiyinizin yenisini almaq üçünsə, dövlət və xalqın vəsaitini xərcləməli olacağıq. Üstəlik də xidməti nəqliyyat vasitəsinin nə günahı, səbəbkar və günahkar məgər cansız, dəmir maşındır? Sabah o hadisələrə təhrik edilmiş cavanlar həbs edilərək qanun qarşısına çıxarılanda, monitor əjdahaları başqa havalar çalacaq: kimsə özünə əziyyət verib bu təcrübəsiz gəncləri müdafiə etməyəcək…XX və XXI əsrdə göyərtisatanın ölümünü bəhanə gətirib ərəb dünyasını dağıtdılar, xəstə qadının döyülməsini əsas götürüb İranın bütün gücünü məhv etdilər (Fələstin, İraq, Suriyadakı qollarını kəsdilər). İndi isə fürsətdən yararlanıb bizim insanları uçuruma itələmək istəyənlər tapılır. Amma bura savadsız ərəb toplumu, yaxud dinə bürünmüş fars-İran cəmiyyəti də deyilik. Burası Azərbaycan və 44 günlük qəhrəmanlıq yürüşü edən igidlər məmləkətidir. Bu torpaqları ona görə bütövləşdirmədik ki, hansısa gədə-güdələr xarici və daxili düşmənlərin əmrinə, müftə pulqazanmaq eşqinə düşüb bizim insanı öz doğma polisinə qarşı qaldırsin.
Unutmayaq: hər iki Qarabağ müharibəsindən ön cəbhədə igid polislərimiz Vətənin azadlığı uğrunda şəhid və Qazı oldular!
P.S. Səbirli olaq, hüquq-mühafizə orqanlarının istintaqının son nəticələrini gözləyək, qəza qurbanlarının yanında olaq, dövlətimiz kimi…
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü