Hərbi ekspert Natiq Əlisoy baş vermiş təyyarə qəzası haqqında danışdı. Əslində necə olmalı idi?
Gündəm / Siyasət
Oxunub: 486
1 Ock 2025 | 02:47
Hərbi ekspert Natiq Əlisoy baş vermiş təyyarə qəzası haqqında danışdı. Əslində necə olmalı idi?
"25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı marşurutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus "Embraer-190" tipli təyyarənin Qroznı üzərində Rusiya Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulması nəticəsində hərəkət marşrutunu məcburi dəyişərək Qazaxıstanın Aktau şəhərində qəza eniş etməsi və bu səbəbdən ağır faciənin baş verməsi hər birimizi dərindən sarsıtdı.

Qeyd etmək istəyirəm ki, uzun illər hava hücumundan müdafiə qoşunlarında radiolokasiya kəşfiyyatı sahəsində müxtəlif vəzifələrdə xidmət etmişəm və bu sahədə böyük təcrübəm var. Xidmətim dövründə müxtəlif çətin hava şəraitlərində, gecə və gündüz on minlərlə hərbi və mülki təyyarə, vertolyot, pilotsuz uçuş aparatlarının və bir sözlə desək hava məkanında hərəkət edən hədəflərin aşkarlanması, izlənilməsi, analizi və onların uçuşlarının təhlükəsiz təmin olunması prosesində iştirak etmişəm.
Təcrübəmə əsasən deyə bilərəm ki, bu gün Rusiya tərəfi bizə nağıl danışa bilməz.

Bəli, qeyd etmək istəyirəm ki, quruda və suda olduğu kimi havada da müxtəlif hadisələr və qəzalar baş verə bilər... Bu müəyyən hədlərdə və ağılabatan səviyyədə mümkündür. Ancaq baxır necə və nə cür... Deməliyəm ki, hava məkanında baş verən proseslərə nəzarət etmək, onu düzgün qiymətləndirmək, idarəetməni təhlükəsiz, dayanıqlı, fasiləsiz təmin etmək o qədər də asan məsələ deyil. Bunun üçün yüksək peşəkarlıq, ayıq-sayıqlıq və ən əsası işə məsuliyyətlə və vicdanla yanaşma tələb olunur. Çünki bildiyiniz kimi havada uçan sürətli hədəfləri (təyyarə, vertolyot, PUA, qanadlı raketlər və s.) vaxtında radiolokasiya sahəsinin uzaq sərhəddində aşkar etmək, onları düzgün qiymətləndirmək, analiz etmək, onların tipini, tərkibini, mənsubiyyətini, uçuş istiqamətini, niyyətini bir sözlə bütün xarakteristikasını təyin etmək və onlara qarşı döyüş işinin aparılması prosesində düzgün qərarlar vermək dəqiqələr və hətta saniyələr içərisində baş verir. Buradan göründüyü kimi hava hücumundan müdafiə qoşunlarında xidmət etmək üçün dərin bilik, yüksək çeviklik, peşəkarlıq, qarşılıqlı əlaqə, komanda şəkilində düzgün fəaliyyət, ağıl və öncədən də qeyd etdiyim kimi işə məsuliyyətli və vicdanla yanaşma tələb olunur. Bu məsələnin ən vacib tərəfidir...

Bundan başqa Rusiya tərəfi gah deyir ki, guya təyyarə quş topası ilə toqquşub, gah deyir guya təyyarədə hər hansı balon partlayıb, gah da deyir təyyarə bilmədən vurulub (guya Ukraynanın PUA-sı ilə səhv salınıb)... Başa düşmədim, bu nə sərsəm açıqlamadır?
Belə çıxır ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunları və eləcə də hava hərəkətlərinin (uçuşların) idarə olunmasına cavabdeh olan mülki aviasiya məntəqələri (dispeçerlər) mülki təyyarə ilə pilotsuz uçuş aparatını və yaxud quş topasını (arnitoloji vəziyyət) analiz edib ayıra bilmir? Belə çıxır ki, Rusiya Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin tabelikdə olan (zenit-raket, zenit-artilleriya, radiotexniki, REM bölmələri) komanda və idarəetmə məntəqələri ilə, eləcə də mülki aviasiya məntəqələri (dispeçerlər) ilə qarşılıqlı əlaqəsi yoxdur? Deməli belə çıxır ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarında kəşfiyyat və döyüş məlumatı mübadiləsi, hava vəziyyətinin, hava şəraitinin, ornitoloji və meteo vəziyyətin qiymətləndirilməsi aparılmır? Yaxşı əgər deyilənlər aparılmırsa o zaman Rusiya tərəfi nə üçün müxtəlif ölkələrin hava gəmilərini öz təhlükəli, nəzarətsiz və idarəolunmaz hava məkanına buraxır? Guya Rusiya Hava Hücumundan Müdafiə Qoşunları və mülki aviasiyası (dispetçer məntəqəsi) bilmirdi ki, Bakı-Qroznı marşurutu ilə gələn təyyarə var? Onlar sözügedən təyyarənin radiolokasiya və dispetçer nəzarətini aparmırdılar? Guya Rusiya hava hücumundan müdafiə radiolokasiya kəşfiyyatı stansiyalarının, komanda və idarəetmə məntəqələrinin döyüş heyətləri bilmirdi ki, gələn reys Bakı-Qroznı reysidir? Əlbəttə bunlar hamısı uşaq-uşaq bəhanələrdir...

Hava hücumundan müdafiə qoşunlarında xidmət edən hər bir mütəxəssis bilir ki, hər bir hava gəmisi (təyyarə, vertolyot və s.) aeroport və ya aerodromdan qalxdığı andan vizual və radiolokasiya kəşfiyyat stansiyaları ilə müşahidə olunan kimi bir dəqiqədən bir yazılı qeydiyyatı aparılır və marşurut üzrə sona qədər fasiləsiz izlənilir. Hava vəziyyətinin qiymətləndirilməsi və qərarların qəbul edilməsi üçün aşkar olunmuş hava hədəfləri kəşfiyyat və döyüş məlumatları formasında müxtəlif kanallarla mərhələlər üzrə zenit-raket qoşunlarına, qırıcı aviasiya və REM bölmələrinə ötürülür. Belə çıxır ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komanda və idarəetmə məntəqələrinin döyüş heyətləri yatmışdılar? Onlar bilmirdilər ki, ölkənin hava məkanına Azərbaycandan təyyarə daxil olub...

Axı hər bir hava gəmisinin bütün xarakteristikası aşkar olunduğu andan müəyyən olunur. Bundan başqa hava hücumundan müdafiə qoşunlarında bütün planlı və vacib hava hədəflərinin marşurut üzrə uçuş cədvəli olur... Görəsən Qroznı aeroportunun dispeçeri niyə narahat olmadı ki, plan üzrə Bakı-Qroznı marşurutu ilə gələn mülki reys məhdud görmə şəraitində (hansı ki, bəzi məlumatlarda qeyd olunur ki, hava şəraiti qatı duman olub) üç dəfə eniş cəhdi etməsinə baxmayaraq aeroporta eniş edə bilmədi... Niyə ona bu istiqamətdə köməklik olunmadı? Hansı ki, bütün hallarda "Fors-major" vəziyyətlərdə olan, səmtini itirən hava gəmisinə ən yaxın aeroporta enməsi üçün köməklik edilməlidir və s.

Bundan başqa bir çox məlumatlarda qeyd olunur ki, guya Bakı-Qroznı marşurutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus "Embraer-190" tipli təyyarə Qroznı üzərində olanda guya "xalça" siqnalı verilib. Bu lap yaxşı... Belə çıxır ki, Rusiya "xalça" siqnalının nə olduğunu bilmir? Əgər bilmirlərsə və yaxud özlərini bilməməzliyə vururlarsa qeyd etmək istəyirəm ki, "xalça" siqnalı xüsusi hallarda verilir və bu siqnalı verən şəxs ən azından əsgər olmur. Bu siqnalı vermək üçün gərək ən azından ölkənin hərbi hava qüvvələrinin komandanı olasan və bu siqnal verilərkən ölkənin hava məkanında olan bütün hava gəmiləri qısa zaman ərzində təhlükəsiz formada ən yaxın aeroport və ya aerodroma endirilməlidir. Bunun isə xüsusi qaydaları var. Deməli "xalça" siqnalı verilibsə təyyarəmizə açılan atəş qərarından həmin anda Rusiya hərbi rəhbərliyinin xəbəri olub.

Qeyd etməliyəm ki, "xalça" siqnalı verib mülki hava gəmisinə atəş açmırlar... Atəş açmamışdan öncə atış qaydalarına uyğun hədəfin düşmən hədəfi olması müəyyən edilməli idi, hava vəziyyəti ciddi analiz edilməli idi və s. Döyüş işinə görə lap desək ki, hədəf qəfil peyda olan hədəf olsa belə yenə də atəş qərarı ən son, analiz olunmuş və doğru qərar olmalıdır. Hər müşahidə edilən hava hədəfinə atəş açılmır... Hava hədəfləri haqqında alınan məlumatlar bütün məlumat mənbələrindən alınmalı, müqaisə edilməli, analiz olunmalı və sonra qərar verilməlidir.

Bir sözlə Rusiya tərəfi bu məsələdə özünü biabır etdi və sübut etdi ki, Rusiya hava məkanı zülmət qaranlıqlara qərq olub. Rusiya bununla sübut etdi ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunları havada ağıllarına nə gəlirsə onu da edə bilər... Bir daha sübut olundu ki, bu gün Rusiya hava məkanından istifadə etmək çox təhlükəlidir...
25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı marşurutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus "Embraer-190" tipli təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulması nəticəsində qəzaya uğraması ilə həlak olan şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. İnanıram ki, baş vermiş ağır cinayət hadisəsi ədalətli araşdırılacaq və günahkar şəxslər ciddi məsuliyyətə cəlb ediləcək,-Deyə ekspert bildirib".
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:51
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü