Yevlaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə-8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri, Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək dahi Şəxsiyyətin müqəddəs xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra tədbir Yevlax şəhər Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında bayram münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Çıxışının davamında Xalqımızın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qazandığı tarixi Zəfərlə dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini bildirib. Həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla, xalqımızın qürur mənbəyidir. İcra Hakimiyyətinin Başçısı 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin, 12 senytabr 2022-ci il düşmən təxribatının qarşısının alınması zamanı və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan uğurlu nəticələrdən, suverenliyimizin tam bərpa olunmasından geniş danışıb, 2024-cü ilin sentyabr ayının 19-da Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix-Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamın əhəmiyyətindən söhbət açıb.
Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı, cəsur əsgərlərimizin canı, qanı bahasına əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıb, dövlətimizin şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğıdan eləcə də işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs edib, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Vətən müharibəsi veteranı Aqşin Əlizadə çıxışlarında 44 günlük Vətən müharibəsindən, müharibəin gedişində yaşadıqları hisslərdən danışıblar, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı qələbədən geniş bəhs ediblər. Vətənimizin azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin unudulmayacağını, daim xalqımızın qəlbində yaşayacağını bildiriblər, qazilərimizə tezliklə şəfa tapmalarını arzulayıblar, onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.











Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü