Yevlaxda “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdir. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, rayonun təhsil müəssisələrinin rəhbərləri, Qoyunbinəsi kənd tam orta məktəbinin rəhbərliyi və müəllim heyəti iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbr iştirakçıları məktəbin foyesində şagirdlərinin vətənpərvərlik mövzusunda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri ilə yaxından tanış olmublar.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ilk öncə 8 noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin tamamilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının şanlı iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyinin, düşünülmüş siyasətinin, qətiyyət və prinsipiallığının, respublikamızda bütün sahələr üzrə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin məntiqi nəticəsi idi.
Daha sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər 5 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 44 günlük Vətən müharibəsinin veteranı Bayram Hüseynov, 44 günlük Vətən müharibəsi şəhidi Fərid Abışovun anası Gülşən Abışova bildirmişlər ki, qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Çıxışçılar 30 illik münaqişəni sona çatdıran 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdüyünü, Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdiyini söyləyərək, 44 günlük qəhrəmanlıq savaşının tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını vurğulayıblar.
Tədbirin gedişində 8 noyabr Zəfər Günü münasibətilə Yevlax rayon ümumtəhsil məktəbləri arasında keçirilən intellektual yarışda qalib olmuş komandalara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.









Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü