Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən silsilə ağacəkmə aksiyası davam etdirilir

Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Paylaşında deyilir:
"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamın icrası ilə bağlı yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən 2401 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulmuşdur.
Oktyabrın 18-dən etibarən respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da silsilə ağacəkmə aksiyalarına start verilmişdir. Rayonda həyata keçirilən silsilə tədbirlərin davamı kimi Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun və Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissələrində, yolların kənarında ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak etmişlər. Aksiya zamanı rayonun iqlim şəraitinə uyğun olaraq seçilmiş kiparis, sərv, Eldar şamı növlərinə aid ağaclar əkilmişdir.Aksiyanın gedişində yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilmiş, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdür.
Rayon ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər çərçivəsində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi həyata keçirilir.
Qeyd etmək istəyirik ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən mövsüm “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yeni ağac, gül kollarının əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi planlaşdırılmışdır".

















Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü