Şəhid Emin Abbaszadənin xatirəsi yad edilib - FOTOLAR

Goranboy rayon Qızılhacılı qəsəbə sakini, ictimai-siyasi fəal, sabiq mədəniyyət işçisi, Goranboyda Şəhidlərimizi tanıyaq və tanıdaq adlı layihənin rəhbəri, "Mubarizciler.az" xəbər saytının baş redaktoru Elçin Məhəmmədoğlu Tağıyev Tərtər rayon Kəngərli kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin giziri, 44 günlük Vətən müharibəsinin iştrakçısı, 2023-cü il antiterror əməliyyatları zamanı Şəhid olmuş Emin Faiq oğlu Abbaszadənin valideyinlərini ziyarət edib.
Ziyarətdə Goranboy rayon Xanqərvənd kənd sakini Rasim Əliyev və birinci Qarabağ müharibəsi Şəhidi Mehman Nazarovun qardaşı Elman Nazarov iştrak edib.
İlk öncə Şəhidimizin Kəngərli kənd qəbristanlığınakı məzarı ziyarət edilib və ruhuna dualar oxunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şəhid Emin Abbaszadənin ev muzeyin ziyarət edilərək valideyinləri ilə görüş keçirilib.
Elçin Tağıyev Şəhid ailəsinə Qəhrəman Goranboylular adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Şəhid atası Faiq Abbasov övladının keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq xatirələrini bölüşüb.
Şəhid anası Nərminə Abbasova övladının Vətəni, Bayrağı, Ali Baş Komandanını və torpağını canından artıq sevdiyini vurğulayaraq qısa və mənalı ömür yolundan söhbət açıb.
Elçin Tağıyev öz adət ənənəsinə sadiq qalaraq Şəhid Emin Abbaszadənin ev muzeyinə Şəhidimizin şəkli əks olunmuş "Zəfər Günü Şəhid Xatirə Tablosu"nu təqdim edib.
Sonda Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə Tərtər rayon Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb. 44 günlük Vətən müharibəsi başlayanda Emin də haqq savaşına qoşulub. Ordu həyatı onu elə cəlb etmişdi ki, Komando Təməl Kurslarına yazılıb, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmək istəyib.
Atası Faiq müəllim deyir:
"2021-ci ilin iyun ayında Emini Komando Təməl Kurslarından keçmək üçün qardaş Türkiyə Respublikasına yola saldıq. İyunun 21-dən həmin ilin avqust ayının 13-dək kursda iştirak etdi. Sanki komando üçün yaranmışdı! Komandirləri ondan o qədər razılıq edirdilər ki... Emin özü söyləyirdi ki, heç bir düşmən komando döyüşçülərinin qarşısında tab gətirə bilməz. Bunu 2022-ci ilin 12 sentyabrında Azərbaycan-Ermənistan Dövlət Sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması əməliyyatı da göstərdi. Emin bu döyüşlərdə də Vətənin sadiq əsgəri kimi iştirak edib. Türkiyədəki təlim kurslarından sonra Emin 17 fevral 2022-ci il tarixdən 6 may 2022-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlimlərdə olub. Kəşfiyyat tağım komandirinin müavini olub. Cəngavər görkəmli bu oğlanı yoldaşları həm də yumşaq, təmiz ürəyinə görə sevirdilər. Kəşfiyyata gedəndə bütün təhlükəni, ağırlığı öz üzərinə götürər, əsgərləri qoruyardı.
Hətta toy edib sevgilisini evlərinə gətirəndən sonra da bu əqidədən dönmədi. “Gözlə, sevgilim, qayıdacağam”, – deyib, hərbi hissəyə yollandı. Ağdam istiqamətindən Ağdərəyə gedən yolda namərd düşmənin atdığı mərminin qəlpələri onun bu arzusunu ürəyində qoydu. Ancaq milyonlarla azərbaycanlının ümidləri, arzuları, yuxuları çin oldu, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Xalqımız bu yolda canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmış oğullarını heç zaman unutmayacaq.
Emin Abbaszadə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına” görə medalına layiq görülüb. O, həm də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.








Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü