Elçin Tağıyev Şəhid Elşad Süleymanovun valideyinlərini ziyarət edib - FOTOLAR

"Dialoq.az" xəbər verir ki, ictimai-siyasi fəal Elçin Tağıyev Goranboy rayon Qızılhacılı qəsəbə sakini 2023-cü il tarixdə Antiterror əməliyyatında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına Şəhid olmuş Elşad Məhəmməd oğlu Süleymanovun valideyinlərini ziyarət edib. Bu barədə Elçin Tağıyevin özü məlumat verib:

"Şəhid valideyinləri ilə həmsöhbət zamanı onların keçdikləri şərəfli döyüş yolundan söhbət açıldı.
Şəhid atası Məhəmməd Süleymanov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirdi. Eyni zamanda daim onların qayğıları ilə maraqlanan, səsləndirdikləri problemlərin həlli istiqamətində müvafiq addımlar atılaraq dəstəyini əsirgəməyən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə təşəkkürünü ifadə etdi.

Sonda Şəhid Elşad Süleymanovun Ev Muzeyinə Şəhidimizin şəkli əks olunmuş "Şəhid Xatirə Tablosu" tərəfimizdən təqdim edildi.
Süleymanov Elşad Məhəmməd oğlu 19 yanvar 1994-cü ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 1 saylı Qızılhacılı tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Süleymanov Elşad Məhəmməd oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Süleymanov Elşad Məhəmməd oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 2 övladı qalmışdır.
Şəhid Süleymanov Elşad Goranboy rayonu Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin,-Deyə o bildirib.
Dialoq.az
Dün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Dün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü