YYSİB E-Zəfərnamə Layihəsinin Üçüncü Tədbiri Binə Qəsəbəsindəki Mərkəzi Kitabxanada Baş Tutdu

YYSİB layihə və e-Zəfərnamə e-kitab silsiləsinin silsilə real təqdimat/tanıtım aksiyaları uğurla davam edir.

Bakının Binə qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında YYSİB-nin növbəti tədbir/təqdimat və gənc məktəbli oxucularla görüş keçirilib. Kitabxana əməkdaşları, oxucular – orta məktəbin yuxarı sinif şagirdləri və valideynlər üçün layihə, fəaliyyətlər, sosial şəbəkə səhifəsi, elektron nəşrlərlə bağlı neomaarifçilik tanıtım və təqdimat mərasimi baş tutdu.

Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olundu.

12 iyun 2024-cü il tarixində, Binə qəsəbəsində II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında YYSİB-nin kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyaların üçüncüsü – ədəbi-poetik, ictimai-poetik məzmunlu elektron kitablarin tanıtım və təqdimat mərasimi məktəblilərə qəhrəmanların tanıdılması, savaşda iştirak edənlərə həsr olunmuş yeni elektron kitablar haqqında məlumatlandırma sessiyası ilə başladı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktor əvəzi Jalə Əliyeva tədbir açıq elan edərək təşkilatçılara minnətdarlığını bildirib. J.Əliyeva aktual tədbirin II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər, Böyük Qələbə və ədəbiyyat mövzusunda təşkil olunduğunu bildirərək sözü YYSİB sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü layihə rəhbəri Aydın Xan Əbilova verdi.

“Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” layihəsinin rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz çıxışını başda Prezident İlham Əliyev olmaqla bu möhtəşəm qələbəni xalqa yaşadan Milli Orduya, dövlətimizə təşəkkürlərini çatdırdı, donor quruma – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi, Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat məsələlərini xüsusi qabartdı.
Aydın Xan Əbilovun bildirdi ki, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet və sosial şəbəkə resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəldiyini söylədi. Layihə rəhbəri çıxışının sonunda sonra kitabxana.net portalındakı e-Zəfərnamə altbölümündəki elektron kitablar haqqında geniş məlumatları məclis iştirakçılarına çatdırdı.
Tədbir çərçivəsində Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda layihənin eksperti, Qarabağ veteranı, tanınmış yazıçı-publisit Hacı Qəni Camalzadənin gənc oxucuların görüşü keçirildi. Qəni Camalzadə gənc nəslin mütaliə mədəniyyətinin inkişafına xüsusi vurğuladı, bu cür layihə və məclislərin yeni nəslin mənəvi-estetik inkişafına xüsusi təsir göstərdiyini vurğuladı, Qarabağ müharibəsi haqqında qələmə aldığı yeni romanı, eləcə də tarixi proseslər, ədəbiyyat və savaş məsələlərinə aid mülahizələrini bölüşdü.

Sonra oxucular və kitabxanaların əməkdaşları ilə maraqlı müzakirə, sual-cavab sessiyası,
Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda mini-kitab sərgi ilə tanışlıq, oxucular və kitabxanaların əməkdaşları ilə maraqlı müzakirə, təqdimatlar baş tutdu.
Daha sonra şıxış edənlərdən “Ekologiya xəbərləri” qəzetinin baş redaktoru, şair-publisit Şahin Həmidli, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Jalə Əliyeva və kitabxananın informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova, gənc oxucular çıxış edərək layihənin və keçirilən tədbirin əhəmiyyətindən danışdılar, bu cur məclislərin vacibliyini söylədilər.
Sonda fotoşəkillər çəkildi, YYSİB və gələn qonaqlar tərəfindən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni kitablar hədiyyə olundu.
Hidayət – Ayxan Əbilli,
YYSİB sədr müavini, YYSİB Analitik-İnformasiya Bölümünün əməkdaşı
Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü