İşdən çıxarılan məktəb direktoru ilə bağlı xəbər. Onun nöqsanları nə olub? -VİDEO
Gündəm
Oxunub: 975
4 Haz 2024 | 18:44
İşdən çıxarılan məktəb direktoru ilə bağlı xəbər. Onun nöqsanları nə olub? -VİDEO
"Dialoq.az" xəbər verir ki, 31 may 2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən 13 may 2024-cü il tarixdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu Orta Ləki kənd tam orta məktəbində bir neçə istiqamət üzrə aparılmış yoxlama nəticəsində məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin özünün sosial şəbəkə hesabında rəsmi açıqlama verib.

Paylaşımda qeyd olunur:
Məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmamazlıqlar aşkar olunduğu üçün Ağdaş rayonu Orta Ləki kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad edilib.
Paylaşımda o da qeyd olunur ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.

Sözügedən məsələ ilə bağlı araşdırma aparmaq və məktəb direktorunun işdən azad olunması ilə bağlı ictimaiyyətə təqdim olunan beş əsas nöqsanı əsaslı və detallı aydınlaşdırmaq, eyni zamanda bununla bağlı ictimaiyyətə dolğun məlumat vermək məqsədi ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Mərkəzi Aran Regional Təhsil İdarəsinə ünvanladığımız sualları sizlərə təqdim edirik:
1. Məktəbdə ümumi idarəetmə üzrə konkret hansı nöqsanlar olub?
2. Dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti hansı tarixdən-hansı tarixə qədər olub və şagird davamiyyətsizliyinin əsas səbəbi nə olub?
3. Dərslərin əvəzolunmasının səbəbi və məqsədi nə olub?
4. Texniki heyət işçilərinin işə davamiyyətsizliyi konkret hansı texniki işçilər olub (ad, soyadlar) və səbəb nə olub?
5. Məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı aşkar olunan nöqsan və çatışmamazlıqlar hansı səbəbdən olub? Eyni zamanda sadalanan nöqsanlarla bağlı məktəb direktorundan başqa kimlər cəzalandırılıb?

Ünvanladığımız suallara münasibət bildirən Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Rüstəm Aslanov qısa olaraq bildirdi ki, təəssüflər olsun ki, biz sözügedən məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verə bilmirik.
Sözügedən məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə və işıqlandırmağa hazırıq.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Dün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü