Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
Gündəm / Siyasət
Oxunub: 480
20 Nis 2024 | 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
Növbəti tarixi Qələbəmiz münasibətilə xalqımızı təbrik edir və bu tarixi anları bizə yaşadan Müzəffər Liderə minnətdarlıq hissini ifadə edirəm.

Məlum olduğu kimi, cari ilin aprel ayının 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib. Bəli, xüsusilə qeyd etmək lazımdır ki, bu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız növbəti tarixi Qələbədir. Necə ki, “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın tarixi torpaqları düşmən tapdağından təmizləndi, ərazi bütövlüyümüz təmin olundu və Ermənistana böyük tarixi dərs verildi.

Bu bizim parlaq Qələbəmiz və Azərbaycanın qüdrətli dövlət olmasının əyani sübutu idi. Əfsuslar olsun ki, Ermənistan bu dərsdən nəticə çıxara bilməmişdi. Doğma Qarabağda separatizmin tör-töküntüləri qalmaqda idi. Möhtərəm Prezident cənab İlham Əliyevin humanist müraciətlərinə baxmayaraq, mənfur düşmən hələ də əzəli yurdumuzda vandallıq nümayiş etdirirdi. 2022-ci ildə həmçinin 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun erməni separatçılarına qarşı həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində mənfur düşmən darmadağın oldu. Vətən müharibəsi Qələbəsi və uğurlu antiterror əməliyyatlarımız Ermənistana tarixdə verilmiş ən böyük dərs idi. Bütün uğurlarımızın əsasında möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti dayanır. O siyasət ki, bizə tarixi Zəfər qazandırıb, bizim bir xalq olaraq güclü və məğlubedilməz olduğumuzu dünyaya nümayiş etdirdi.

Bu gün Qazaxın 4 kəndinin düşməndən geri alınması, xüsusilə heç bir hərbi qarşıdurma olmadan buna nail olmaq, bizim üçün qürurverici hadisədir. Xarici düşmənlərin gözünə ox olub batan Zəfərimiz daxildəki düşmənlərin də başına od ələyib. Vaxtilə riyakar müxalifətin sifarişlə danışdıqları yalanlar cənab Prezidentin mükəmməl siyasəti ilə alt-üst oldu. Cənab Prezidentin Müzəffər olduğunu Azərbaycan xalqı çox yaxşı bilir və qədirbilən xalqımız öz Liderinin yanında “Dəmir yumruq” kimi birləşir. Rusiyanın sülhməramlıları Azərbaycandan heç vaxt çıxmayacaq və onlar bizim ərazilərimizi işğal etməyə gəlib deyən “güclü siyasətçilər” bu gün dünyanın gözü qarşısında rəzil olublar.
Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan bu gün cənab İlham Əliyevin ali rəhbərliyi ilə xoşbəxt və firavan gələcəyə doğru uğurla addımlayır və hər gün yeni bir tarix yazır.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü