Bu gün Qəhrəmanımızın doğum günüdür. Mən hər zaman və hər yerdə demişəm, o, müasir hərb tariximizin Mehmandarovudur!

31 mart Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinin Sədri, Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəs Qazisi, 3-cü qrup əlil, Vətən müharibəsi iştirakçısı, istefada olan mayor Mədəd Süleymanovun doğum günüdür.
Süleymanov Mədəd Vidadi oğlu 31 mart 1985-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Yevlax şəhər Şəhid Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2000-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2003-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini "Yerüstü Artilleriya Kəşfiyyatı" ixtisasını bitirib və təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim – Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna göndərilib. 2008-ci ildə Silahlı Qüvvələrin Təlim –Tədris Mərkəzini bitirdikdən sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb. Mədəd Süleymanov ordu sıralarında müxtəlif vəzifələrdə xidmət edib, 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Qubadlı, Hadrud, Tuğ kəndi, Çanaqçı kəndi, Daşaltı, Şuşa əməliyyatlarında böyük qəhrəmanlıqlar göstərib. Vətən müharibəsində göstərdiyi xüsusi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən bir neçə orden və medallarla təltif edilib:
1. “Azərbaycan Bayrağı” Ordeni;
2. Şuşanın işğaldan azad olunmasına görə medalı;
3. Füzulinin işğaldan azad olunmasına görə medalı;
4. Qubadlının işğaldan azad olunmasına görə medalı;
5. Vətən Müharibə iştirakçısı medalı.
Bundan əlavə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin sərəncamlarına əsasən müdafiə naziri tərəfindən təltif edildiyi medallar:
1. Silahlı Qüvvələrin yaranması münasibəti ilə 90 illik medalı;
2. Silahlı Qüvvələrin yaranması münasibəti ilə 95 illik medalı;
3. Silahlı Qüvvələrin yaranması münasibəti ilə 100 illik medalı;
4. 3-cü dərəcəli qüsursuz xidmətə görə medalı;
5. 2-ci dərəcəli qüsursuz xidmətə görə medalı.
Mədəd Süleymanov Şuşa döyüşlərində xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanıb, uzun sürən müalicədən sonra ordu sıralarında istefaya buraxılıb. O, 3-cü qrup əlil və Azərbaycan respublikasının veteranıdır.
Qəhrəman qardaşımızı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik!
Yazıçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YYSİB Şəhid Ailələri və Qazilərlə İş Departamentinin Sədri, hərbi ekspert Natiq Əlisoy
Dialoq.az
Dün, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
Dün, 08:39
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - Foto
Dün, 08:34
Nəriman Həsənzadə vəfat etdi
31-07-2026, 09:31
Prezidentlər mətbuata bəyanatlarla çıxış edir
31-07-2026, 09:24
Şəhidin övladı vəfat etdi
31-07-2026, 09:21
“Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”
30-07-2026, 13:08
Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb
30-07-2026, 13:04
İyulun son gününün havası...
30-07-2026, 12:42
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
29-07-2026, 18:10
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib: avtomobil metal səddə çırpılıb, sürücü xəsarət alıb-FOTO
29-07-2026, 17:52
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
29-07-2026, 16:11
Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirdi - Fotolar
27-07-2026, 10:58
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
27-07-2026, 00:08
Yevlaxda qazıntı işləri nə zaman bitəcək? Şəhər rəhbəri görülən işlərdən danışdı. - VİDEO
25-07-2026, 20:05
Hökməli qəsəbəsində avtomobil yandı
24-07-2026, 16:30
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 14:50
Yevlaxda qətl hadisəsi baş verib-VİDEO
24-07-2026, 12:12
Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib-VİDEO
24-07-2026, 11:17
Şuşadan qlobal elmə yeni töhfə: IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb. FOTOLAR
23-07-2026, 14:07
“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü
23-07-2026, 14:02
Bu imtahana giriş 40 manat olacaq
22-07-2026, 22:42
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
22-07-2026, 15:50
Yevlaxda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.FOTO-VİDEO
22-07-2026, 15:06
Ankarada təlim helikopteri qəzaya düşdü - Ölən var
22-07-2026, 12:51
“Yüksəksürətli internet ən azı 2 dəfə ucuzlaşmalıdır” - Elvin Abbasov
22-07-2026, 12:28
“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”
22-07-2026, 09:20
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi media nümayəndələrini təbrik etdi