Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki hərbi hissələrdə Novruz bayramı münasibətilə hərbiçilərlə görüşlər keçirilib

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər təşkil edilib.
Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin məsul şəxsləri, Yevlax rayonu üzrə təhsil sektorunun, Yevlax rayon üzrə Gənclər və İdman idarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, hərbiçilər iştirak ediblər.
Görüşlər zamanı Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyümü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşlərdə çıxış edənlər hərbi hissələrin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində düşmən üzərində əzəmətli qələbə əldə olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində ordumuzun həyata keçirdiyi aniterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam təmin olunduğu, məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltdı, bununla da Azərbaycan bütövləşdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Beləliklə, müstəqilliyin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərpa edilən dövlət oldu.
Görüşlər çərçivəsində Yevlax məktəblilərinin əsgərlərə xoş ürək sözlərindən ibarət məktubları paylanıldı.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hərbiçilərə bayram sovqatları paylandı. Həmçinin Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən hərbiçilər qarşısında konsert proqramları nümayiş etdirildi.








Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü