Yevlax şəhərində abadlıq, təmir-tikinti işləri uğurla davam etdirilir.

Dialoq.az xəbər verir ki, son illər ərzində Yevlax şəhərində bir çox uğurlu təmir-tikinti, quruculuq işləri aparılıb. Bu barədə yazıçı, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü Natiq Əlisoy Dialoq.az xəbər saytına fikirlərini bildirib:
Qeyd etməliyik ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün regionlarında, rayon, şəhər, qəsəbə və kəndlərində böyük quruculuq layihələri uğurla icra olunur. Yollar salınır, müasir tələblərə cavab verən məktəb, uşaq bağçaları, mədəniyyət sarayları, idman kompleksləri tikilir, vətəndaşların asudə vaxtlarının səmərəli keçirmələri üçün müasir tipli parklar salınır, uşaqların əylənmələri üçün əyləncə mərkəzləri yaradılır və s.
Ölkəmizin bütün regionlarında olduğu kimi bu gün Yevlax şəhərində də sistemli, ardıcıl və planlı şəkildə quruculuq, təmir-bərpa işləri sürətlə davam etdirilir və sözügedən sahəyə yüksək diqqət ayrılır.

Qeyd etməliyik ki, son bir neçə ildə Yevlax şəhərində bir neçə park salınıb, bir neçəsi yenidən bərpa edilib, şəhərin estetik gözəlliyini yaxşılaşdırmaq üçün uğurlu işlər görülüb, yaşıllıqlar salınıb, şəhərin su, qaz, elektrik, kanalizasiya sisteminin texniki imkanları gücləndirilib, səkilərin daş döşəməsi yenilənib. Aparılan böyük təmir-bərpa işləri çərçivəsində şəhərin daha da füsünkar görünməsi üçün plana salınan təqdirəlayiq işlərdən biri də son günlərdə şəhərin bir neçə mərkəzi küçə və prospektlərin kəsişmələrində qaz borularının bərpası və həmin ərazilərdə yol kəsişmələrinin yeni görkəmə salınması üçün aparılan işlərdir.

Sözügedən təmir-tikinti işləri ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətindən aldığım məlumata əsasən şəhərin bir neçə hissəsində qaz xətlərində sızma olduğu üçün həm köhnə qaz xətləri yeni politren borularla əvəzlənəcək, həm də həmin hissələrdə yollar və yol ətrafı ərazilər daha gözəl görkəmə salınacaq,- Deyə Natiq Əlisoy Yevlax şəhər İcra Hakimiyyətindən aldığı məlumata əsasən bildirib.























Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü