Asif Atanın hərb peşəsi və insanlıqla bağlı söylədiyi dəyərli fikirlər.

Hərbçi – öz Vətənini qoruyandır!
Müqəddəs Atayla bu təmasımız hərb sənəti ilə bağlıdır. Əvvəlcə istərdik hərb sənəti haqqında Atamız fikirlərini bildirsin.
Bəşərin insanlaşma səviyyəsində hərbə ehtiyac qalmamalıdır. Hərb – adamlıq aqibətidir, mahiyyətcə adamda yaşayan davakarlıqdır, bir sözlə, adamlığın ifadəsidir. Bu, instinktin adam həyatına güclü təsiridir. Yırtıcılıq, fatehlik, yadlıq, yağılıq hisslərinin tüğyanıdır. Ancaq nə qədər ki, adamlıq var, fatehlik var, bir o qədər də hərbə, hərbçiyə ehtiyac var. Ataya, Ocağa görə, hərbçiliyə ehtiyac – fatehliyə qarşı müqavimətdir. Hərbçi qoruyandır, fateh deyil. O vaxt ki, insanlıq bərqərar olacaq, onda fatehlik ləğv olunacaq. Ancaq indiki vaxtda, fatehliyin tüğyan elədiyi bir vaxtda qoruyucuya ehtiyac var. Əgər hərbçi silah vasitəsiylə kiminsə ölkəsinə hücum eləyirsə, Sezarlıq, Napoleonluq, Teymurlənglik eləyirsə, bu, bizə lazım deyil. Bəşəriyyətə təzə Sezar, təzə Teymurləng, təzə Napoleon lazım deyil. Hərbçi öz Vətənini qoruyandır. Burada zor əməli də var. Ocaqda zor əməli yoxdur. Lakin bu gün hərbdə buna ehtiyac var. Canavarlaşan dünyada hərbçiliyin inkarı çox dəhşətli fəlakətə gətirib çıxara bilər. Yağılıq yaratma, yağılığı öldür, doğmalığı qoru! Budur müasir hərbçiliyin ruhani düsturu. Vaxt gələcək, adamların daxilində canavarlıq öləcək. Bugünkü hərbçilər də o günün yaradılmasında iştirak edəcəklər.
Atanın Türk döyüşkənliyi haqqında fikrini bilmək istəyirik.
Gərək ölümdən qorxmayasan, döyüşdən həzz alasan. Öldürməkdən ləzzət almayasan. Gərək döyüşkən ruhun olsun, cəllad ruhun olmasın. Bəziləri cəlladlıqla döyüşkənliyi eyniləşdirirlər. Hərbçi düşməni öldürmək üçün döyüşür. O, öldürməkdən həzz almır, çünki öldürmək onun üçün məqsəd deyil, vasitədir. Çünki o, xalqı yaşatmaq istəyir. Ən mahir hərbçi belə qatil deyil. Qatil ölümdən bəhrələnir. Döyüşçü ölümlə öcəşir.Türk döyüşkənliyi sadaladığım bu keyfiyyətlər deməkdir: ölümdən qorxmamaq, ölümlə öcəşmək, öldürməyi sevməmək. Buna görə də əsl hərb qatilliyə qarşıdır. Hərbçilər bilsinlər ki, nə eləyirlər. Hərbçiyə elə gəlir ki, xalqı qoruyur, ancaq əslində hakimi qoruyur. Ona elə gəlir ki, həqiqəti qoruyur, ancaq əslində yalanı qoruyur.
Ata, hərbçi-inam məsələsi necə olmalıdır?
İndiki dövr əqidələrin uçulması dövrüdür. Əgər əqidə uçulursa və deyilirsə ki, “yaşamaq gərək” bu, insanları heyvanlaşdırmaqdır. İndi siyasi əqidələr var, dini əqidələr var, bir də İnam var.Mənim üçün 20-ci əsrin ən murdar əməli muzdlu əsgərdir. Muzdlu əsgər üçün əqidə yoxdur. Onun üçün Vətən yoxdur. Muzdlu əsgərdə cəlladlıq səriştəsi var. O, qatillikdə ixtisaslaşıb. Bu, 20-ci əsrin murdarlığına ən gözəl sübutdur. Bir tərəfdən insan haqqı, bir tərəfdən də muzdlu əsgər. Hansı insan haqqından söhbət gedir ki, döyüşdə pulla adam öldürürlər? Pulla adam öldürmək – qatillikdir.
Hərbçi və iradə məsələsi ilə bağlı Ata fikri necədir?
Hərbçinin iradəsi – ölümü adlamaq qətiyyətidir. “Ölüm” adlanan çayı adlayasan gərək. Çünki o çay sənin qabağındadır.
Azərbaycan ordusu bu gün. Hərbçilərimizə Ata sözü.
Bu dediyimiz tələb əsasında mənəvi təməl yaranmalıdır. Bu təməl artıq var. Bu təməl əsasında ordu, orduçuluq inkişaf etdirilməlidir. Güclü səriştəlilik, silahçılıq, silaha yaxşı yiyələnmək; bunlar bayaq dediklərimizlə uzlaşmalıdır. Azərbaycanımız özünü tarixən çox sübut edib. Zərdüşt kimi peyğəmbər verə bilib. Babək kimi sərkərdə verib. Atanın mənəvi tələbi çox güclüdür. İndi Azərbaycan özünü onun üçün təzə olan sahələrdə göstərməlidir. Uzun müddət Azərbaycan zora məruz qalacaq. Azərbaycan öz ordusunun qoruyuculuq rolunu görməli, göstərməlidir. Mən istərdim ki, bizim İnamçı, İnsançı, Ruhçu ordumuz olsun!
Atamız var olsun!
Qaranlıqlar yarılsın! Yükümüzdən böyük fərəhimiz yoxdur!
İşıqlı və Yolruh Atalılar
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı