Hərbi ekspert Natiq Əlisoy Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparmasını belə qiymətləndirib.

CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub.
Dialoq.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır.
“Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var.
Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır.
“Yəqin ki, bu işdə onlara “vasitəçilər” kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır”, - sayt yazır. Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri kömək edib.
Ermənistan mediasında dron çəkilişini hətta Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edənlər də var.
Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.

Hərbi ekspert, hava hücumundan müdafiə mütəxəssisi, ehtiyatda olan mayor Natiq Əlisoy Azərbaycan dronlarının İrəvan səmasında necə çəkiliş apara bilər sualına münasibət bildirib:
Birincisi onu deyə bilərəm ki, bu gün texniki kəşfiyyat vasitələrinin imkanları çox yüksək səviyyədədir. Yəni, bu gün dronlarla istənilən məkanın video və foto görüntülərini asanlıqla əldə etmək olar. Lakin burada bir neçə nüans var. Nüanslar ondan ibarətdir ki, bu çəkilişləri kim aparır, nə məqsədlə aparır, çəkilişləri aparan tərəfin buna səlahiyyəti çatırmı, aparılan çəkilişlərin dövlət üçün məxfiçilik dərəcəsi hansı səviyyədədir, çəkiliş aparan pilotsuzun imkanları nədən ibarətdir, təhlükəsizlik və informasiya məsələləri hansı səviyyədə təmin edilib və s.
1. Bu gün media yazır ki, CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub,- Əgər CBC telekanalının dronu İrəvan səmasında müşahidə olunubsa bu heç də yaxşı hal deyil. Bu o deməkdir ki, ya düşmən tərəfə informasiya sızıb, ya düşmənin havadan müdafiə sistemi çox dəqiq işləyir. Yaxud da lap deyək ki, CBC dronları düşmən tərəfdən müşahidə olunmadan geri dönüş etmişdisə çəkilən görüntüləri və kəşfiyyat sirlərini yaymaq yenə də qəbulolunmazdır;
2. “Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var,-Bu suala geniş münasibət bildirmək istəməsəm də (çünki deyəcəyim hər bir əlavə söz düşmən üçün niyyətimizin açılmasına səbəb ola bilər) düşünürəm ki, bizim bəzi jurnalistlərimiz hərbi məsələlər ilə bağlı necə qeyri-peşəkar yazılar yazırlarsa, "Nyus.am" da o cür yazıb. Mən başa düşürəm, burada gizli məqamlar ola bilər. Düşünə bilərsiniz ki, elə məsələlər var ki, dövlətimiz onu hələ ki, bildirmək istəmir. Bəli, razıyam, ancaq CBC telekanalının İrəvan səmasında çəkiliş aparması versiyası və ya digər hallar versiya olaraq nə düşmən üçün, nə də özümüz üçün düzgün hesablanmayıb. Planlama elə aparılmalı idi ki, düşmən iki yox, ən azı on ehtimal arasında başını itirməli idi və s.
3. Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır,-Maraqlıdır, erməni mediası Ermənistanın təhlükəsizliyindəki boşluq versiyasını qəbul etmir, ancaq "vasitəçilər" versiyasının üzərində dayanır. Bu gülünc açıqlamadır, "vasitəçilər" versiyası elə bir başa təhlükəsizlik məsələsi demək deyilmi?
4. Sayt yazır, hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri kömək edib. Ermənistan mediasında dron çəkilişini hətta Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edənlər də var,-Birincisi bu əməliyyat nə çətin əməliyyatdır ki, onun üçün ABŞ şirkəti Azərbaycana köməklik etsin. İkincisi əgər bu əməliyyat "xüsusi əməliyyat" kimi qiymətləndirilirsə öncədən qeyd etdiyim kimi bunun harası "xüsusi əməliyyat" oldu ki? Bu xüsusi əməliyyat olsa idi Azərbaycan İrəvan səmasında çəkiliş aparmaq üçün "Bayraktar TB-2" pilotsuz uçuş aparatı tipli uçuş məsafəsi (hərəkət radiusu) daha uzaq, çəkiliş imkanları daha yaxşı hər hansı vasitə göndərməli idi. Bu vasitələr nəinki CBC-də, inanıram ki, heç bir telekanalda yoxdur;
5. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb,- Bilirsiniz, kəşfiyyatın gözəlliyi onun məxfiçiliyində və gizliliyindədir. Əgər Azərbaycan tərəfinin dronu İrəvan səmasında çəkiliş aparıbsa, aparılan çəkilişlər haqqında informasiya analiz olunmadan dərhal ictimaiyyətə sızıbsa və düşmən bunu bilibsə, ortada olan faktlar peşəkarlığı əks etdirmirsə müsbət nədənsə danışmaq olmaz.
Odur ki, yekun olaraq onu deyə bilərəm ki, CBC-nin İrəvan səmasında apardığı çəkilişi ictimaiyyətə elə formada çatdırırlar ki, elə bil ki, CBC-nin dronu gedib hansısa meşədə heyvanları çəkib gəlib. Ancaq nəzərə almırlar ki, heyvanların gizli və maraqlı görüntülərini əldə etmək üçün heyvanların üzərinə bağlanan gizli kameradan ikinci heyvanın xəbəri olarsa heç vaxt "ilan yuvadan çıxmayacaq",-Deyə hərbi ekspert bildirib.
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı