Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxda vətəndaşlarla görüş keçirib.

Dialoq.az xəbər verir ki, 4 yanvar 2024-cü il tarixdə Milli Məclisin deputatı İlham Məmmədov və köməkçisi Rüstəm Əliyev Yevlaxda vətəndaşlarla görüş keçirib. Bu barədə Milli Məclisin deputatı İlham Məmmədov özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilmiş görüş çərçivəsində Vətən müharibəsi şəhidi Vüsal İsayevin həyat yoldaşı Məryəm İsayevanın, dünyasını dəyişmiş Vətən müharibəsi iştirakçısı Bəşirov Mənafın atası Məhərrəm Bəşirovun, eləcə də rayonun digər kəndlərindən olan bir qrup vətəndaşın müraciəti dinlənilib, yerində həll olunması mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, digər məsələlərlə bağlı aiddiyyəti üzrə müraciətlər ünvanlanıb.
Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, ümumilikdə vətəndaşların rifah halının yaxşılaşdırılması, ölkəmizin hərtərəfli inkişafı, Şəhid ailələrinə, müharibə əlillərinə, iştirakçılarına və vətəndaşlarımıza göstərilən diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasətin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, hazırda Azərbaycan bütün sferalar üzrə böyük inkişaf yolu keçir ki, bu da məhz bizim xoşbəxt, firavan gələcəyimizin ən böyük təminatçısına çevrilmişdir.
Eyni zamanda Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Vətən müharibəsi şəhidi Rəşad Budaqovun anası Sədaqət Budaqovanı yaşadığı ünvanda ziyarət edib,onun səhhətində yaranmış müəyyən problemlərlə əlaqədar olaraq Şəhid anasına Allahdan şəfa diləyib, dövlətimizin hər zaman şəhid ailələrinə göstərdiyi xüsusi qayğıdan söhbət açıblar. Rəsmilər görüş çərçivəsində şəhid ailəsinin qayğıları ilə maraqlanıblar, həmçinin Rəşad Budaqovun Vətən müharibəsindəki rəşadətindən geniş bəhs ediblər. Şəhid anası hər zaman göstərilən diqqətə görə Ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq hissini ifadə edib.











Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı