Hərbi qulluqçuların ərzaq pulları nə zaman ödəniləcək?

Xəbəri oxuduqdan sonra paylaşmağınız xahiş olunur!
Azərbaycan Respublikası Prezidentininin 31 mart 1992-ci il tarixli 633 saylı Fərmanının 6-cı bəndinin birinci abzasında Nazirlər Kabinetinə hərbi qulluqçuların ərzaq və əşya əmlakı qarşılığında pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini müəyyənləşdirmək tapşırılıb. Nazirlər Kabineti həmin 6-cı bəndin icrasını təmin etmək məqsədi ilə 19 may 1992-ci il tarixli 271 saylı qərarı ilə hərbi qulluqçulara ərzaq payı normasını və müvafiq pul kompensasiyasını müəyyən edib. Qeyd edək ki, 2013-cü ilin yanvarına kimi ərzaq payı kompensasiyası 64 manat məbləğində olub. Nazirlır Kabinetinin 8 yanvar 2013-cü il tarixli 2 saylı qərarı ilə yanvarın 1-dən etibarən ərzaq payı norması ikiqat artırılıb, yəni 128 manat olub və 19 may 1992-ci il tarixli 271 saylı qərarın 1-ci bəndi qüvvədən düşmüş hesab edilib. Lakin buna baxmayaraq 2013-cü ilin yanvar ayından bu günə qədər hərbi qulluqçulara verilən ərzaq pulu 64 manatla hesablanır. Eyni zamanda hərbi qulluqçular təqaüdə və ya ehtiyata çıxanda da onların pensiyalarının ərzaq pulu hissəsi 64 manatla hesablanır. Bu da o deməkdir ki, 1 il ərzində 1 hərbi qulluqçunun 768 manat pulu ödənilməmiş olaraq qalır. Bu rəqəmi 2013-cü ildən bu günə qədər hesablasaq 7680 manat pul edir.
Maraqlıdır, necə olur ki, hərbi qulluqçuların xidmət müddətinin 20 ildən 25 ilə artırılması cəmi bir ay içində Milli Məclisə təklif olundu və edilən təklif dərhal qüvvəyə mindi. Bəs nə üçün 10 ildir hərbi qulluqçuların ərzaq pulları tam ödənilmir? Son aylarda mətbuatda səslənən fikirlərə görə qeyd olunur ki, guya hərbi qulluqçuların ərzaq pulları artırılaraq 128 manatdan 210 manat olacaq. Hansı ki, 10 ildir hərbi qulluqçuların ərzaq pulları artırılaraq 64 manatdan 128 manat olmuşdu. Guya ki, 10 ildur hərbi qulluqçulara 128 manat ödənilirdi ki, hələ bir 128 manatı da artırıb 210 manat olacaq!
Düşünürəm ki, bu gülünc haldır. Başa düşmək olmur ki, nə üçün hərbi qulluqçulara qarşı bu cür addımlar atılır? Nə Nazirlər Kabineti, nə Müdafiə Nazirliyi, nə də Milli Məclis səsini çıxardıb demir ki, nə üçün 10 ildir (2013-cü ildən etibarən) hərbçilərin ərzaq pulnun qalan 64 manatı ödənilmir? Hansı ki, qeyd etdiyim kimi 2013-cü ildən bu günə qədər hərbi qulluqçular hər ay üçün 128 manat ərzaq pulu almalı olduğu halda, hər ay 64 manat pul alırlar. Müqaisə üçün onu da qeyd etmək istəyirəm ki, 2013-cü ildən bu günə qədər bütün ərzaq məhsullarının qiyməti ən azı 10 dəfə qalxıb.
Yazıçı, hərbi ekspert, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Natiq Əlisoy
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü