Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə möhtəşəm konsert keçirilib

Dialoq.az xəbər saytı xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram konserti təşkil olunub. Bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün Facebook hesabında paylaşım edib.
Bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Konsertdə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsindən, Dahi Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyinə verdiyi önəmdən bəhs edilib.
Həmçinin bildirilib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsindəki Şanlı Qələbəmizdən sonra bu ilin sentyabr ayının 19-20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonlarının işğaldan azad edilməsi ilə Azərbaycan öz dövlət suverenliyini tam təmin olunub. Müzəffər Ali Baş Komandan bütün işğaldan azad edilmiş şəhərlərdə Azərbaycan Bayrağı ucaldıb. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub,artıq dünya Azərbaycanlıları öz həmrəyliyini daha qururla, daha şövqlə, qalib Xalqın qalib nümayəndəsi kimi qeyd edirlər.
Respublikanın populyar incəsənət nümayəndələri-Damla, Yaşar Usub, Şəbnəm Qəhrəmanova, Gülüzar Fərəcova və Sabir Hüseynovun bir-birindən maraqlı ifaları sakinlər tərəfindən böyük çoşqu ilə qarşılanıb. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.






Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı