Tarixi şəxsiyyət-tarixi bir gün!

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmuş, ötən uğurlu 20 il ərzində dövlətimizin qüdrəti və gücü daha da artmışdır. 44 günlük müharibənin sonunda, yəni, ərazi bütövlüyümüzün təntənəsini özündə əks etdirən 10 noyabr bəyanatının imzalanmasından ötən təxminən 3 il müddətində bütün ərazilərimiz boyunca həm də dövlət suverenliyimizin təmini istiqamətində zərgər incəliyi ilə addımlar atan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, dönməz iradəsi və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz tarixində ilk dəfə dövlət suverenliyimiz təmin edilmiş oldu. Bu ilin 19 sentyabr tarixində başlanan və 24 saatdan az bir vaxt ərzində uğurla başa çatan anti-terror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əskəran da daxil olmaqla bütün yaşayış məskənlərimizdə separatizmin kökü birdəfəlik və əbədi olaraq kəsildi, bölgəmizlə bağlı tarixi yüzillərə dayanan məkrli planların üzərindən silinməz çalın-çarpaz xətlər çəkildi. Bildiyimiz kimi möhtərəm Prezidentimiz mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərimizə səfər edir, orada aparılan genişmiqyaslı işlərlə yaxından tanış olur, müvafiq tapşırıqlarını verir, eyni zamanda geniş və məzmunlu nitqləri ilə həm xalqımıza növbəti qürur hissini yaşadır, həm də dünyaya milli maraqlarımıza uyğun olan lazımı mesajlarını çatdırır. Məlum olduğu kimi cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisədir. Bəli, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib. Digər xüsusi bir məqam isə odur kiz şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olaraq, ilk dəfə Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Cənab Prezidentin və Birinci xanım hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizin övladları ilə olan səmimi söhbətləri,davranışları, birlikdə futbol oyununu izləmələri qürurverici hadisədir. Ölkə rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezident tarixi çıxışında qeyd etdi ki, Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq! Bəli, biz çox xoşbəxtik ki, doğma Qarabağa qovuşduq!
Bir sözlə cənab İlham Əliyevin Xankəndidə olan məzmunlu çıxışı haqqında danışsaq xüsusilə qeyd etməliyik ki, möhtərəm Prezidentimiz Xankəndi şəhərində futbol meydançasına daxil olması, topa ilk olaraq zərbə vurması və ən əsası düşmənlərin gözünə ox kimi batan tarixi çıxışı ilə bütün dünya azərbaycanlılarına qürur hissi yaşatdı və əyani olaraq sübut etdi ki, Qarabağ Azərbaycandır!
Milli Məclisin deputatı İlham Məmmədov
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü