Yevlax Rayon Polis Şöbəsinin rəisini bir çox məmurlara nümunə çəkmək olar!

Bir çox hallarda hər hansı bir məmuru tənqid edəndə və ya əksinə tərifləyəndə cəmiyyətdə müxtəlif reaksiyalar yaranır. Tənqid edəndə bir çoxları düşünürlər ki, yəqin bu yazını yazan şəxs ya vətən xainidir ya da dövlətini sevmir. Birini tərifləyəndə, biri haqqında xoş sözlər yazanda isə eyni qaydada bir çoxları düşünür ki, yəqin bu yazını yazan kimdirsə ya kimdənsə qorxur, ya kiməsə "şirinlik" etmək istəyir, ya da nəsə umacağı var. Yox, bu əslində belə olmamalıdır! Biz hər birimiz vətəndaş olaraq gördüyümüz yaxşı və pis hadisələrdən danışmalıyıq və hər zaman vicdanımızın səsinə qulaq asmalıyıq.
Bu gün cəmiyyətdə hər birimizi narahat edən və hər birimizdə əsəb yaradan məsələlərdən biri də bəzi məmurların özündən razılığı, vətəndaşlarla kobud davranmaları, belə desək sadə vətəndaşı saymamaları və onlarla bir arada olmaq istəməmələridir. Yəni, sadə dildə desək bir çox məmurlar istəmirlər ki, onlar cəmiyyətdə, bazar və marketdə, küçədə və digər yerlərdə görsənsinlər. Yəni, onlar istəyirlər ki, evdən çıxıb əyləşsilər qara pilyonkalı xidməti avtomobillərinə, onları heç kim görməsin və onlar bir başa gəlsinlər iş yerlərinə, o gələn zaman hamı qaçıb gizlənsin və bu "müəllim" də qalxsın otağına, axşam da iş qurtaran kimi eyni qaydada qayıtsınlar evlərinə. Qeyd edim ki, bu misal bir çox məmurlar üçün təkçə iş-ev həyatına aid deyil. Onlar digər tədbirlərdə də özlərini və üzlərini hər kəsdən gizlətməklə sanki cəmiyyət arasında adiləşmək istəmirlər. Bunun bir çox səbəbləri var. Ya onlar qorxurlar, ya özlərinə inanmırlar, ya heç kimə salam vermək istəmirlər, ya özlərini cəmiyyətdə həddindən artıq üstün təbəqə hesab edirlər və s. Ancaq o məmurlar düşünmürlər ki, dövlət məmuru vətəndaşlarla daima sıx münasibətdə olmaqla onların problemlərini, yaşam tərzlərini, düşüncələrini və həyatlarını daha yaxından öyrənib öz işlərini daha yaxşı, daha keyfiyyətli qurub oturduqları vəzifəyə daha münasib ola bilərlər.
Odur ki, bu məqaləni yazmamışdan öncə apardığım müşahidələr və daima cəmiyyət arasında apardığım yazıçı axtarışlarım mənə çox kömək etdi və diqqətimi xüsusi bir yerə, məqama çəkdi. Doğrusu gördüklərim məni də Sizlər kimi təəccübləndirdi. İlk öncə mən də inana bilmədim. Hər gün qarşılaşdığım mənzərə məni düşünməyə məcbur etdi. Belə ki, hər gün eyni marşurut üzrə gedib-gəldiyim yolda yol boyu bütün polis əməkdaşlarının bir nəfər mülkü geyimdə olan bir şəxsə əsgəri salam verdiyini və həmin şəxsin isə böyük nəzakətlə polis əməkdaşlarına salam verdiyini müşahidə edirdim. Hərbçi və yazıçı kimi bu hal məni çox düşündürdü. İstər-istəməz məndə bir maraq yarandı. Artıq qərara gəldim ki, bu şəxsin kim olduğunu araşdıracam. Araşdırma zamanı məlum oldu ki, bu şəxs Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyevdir. Araşdırmam zamanı məlum oldu ki, Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev hər gün işə xidməti avtomobili ilə yox ayaqla gedib gəlir. Bu da o deməkdir ki, hörmətli Elnur müəllim ən azından hər gün adi insanlarla təmasda olur və onlarla daha yaxından ünsiyyət qurmaq imkanı əldə etməklə özünü onlara daha yaxın hesab edir.
Bəli, deyə bilərsiniz ki, necə ola bilər ki, guya Siz yaşadığınız rayonun polis rəisini tanımırsınız? Əlbəttə, onu da düşünə bilərsiniz ki, guya mən bu yazını sifarişlə yazmışam və s. Yox, məni yaxından tanıyanlar yaxşı bilir ki, mən hər zaman ağa-ağ, qaraya-qara demişəm və heç vaxt şəxsiyyətimi, qələmimi nəyəsə satmamışam. Mənim Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyevlə heç bir əlaqəm, heç bir qohumluğum, tanışlığım, hətta heç salamım belə yoxdur. Bu yazını yazmaqda məqsədim bir nümunəvi dövlət məmurunu Sizlərə tanıtmaq idi. Eşq olsun Ulu Öndər əsgərinə!
Yazıçı, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü Natiq Əlisoy
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı