HƏRBİ XƏBƏR: Naxçıvan döyüşçüləri nə üçün diqqətdən kənar qalıb? Tarixi səhv necə düzəlməlidir? - SƏBƏB NƏDİR?
Gündəm / Sosial / Araşdırma
Oxunub: 605
5 Ara 2023 | 23:37
HƏRBİ XƏBƏR: Naxçıvan döyüşçüləri nə üçün diqqətdən kənar qalıb? Tarixi səhv necə düzəlməlidir? - SƏBƏB NƏDİR?
Xalqımıza tarixi Zəfər qazandıran 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Bu Zəfər milli kimliyimizi, mənəvi dəyərlərimizi bizə qaytardı. Bu zəfərin əldə olunması üçün hamımız bir olduq, uşaqlı-böyüklü hər birimiz Vətən dedik! Minlərlə qəhrəman oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə ucaldı, qazi oldu. Bəli, bu ifadələrin heç biri minnətlə deyilən ifadələr deyil. Əlbəttə ki, Vətənin dar günündə hər birimiz canımızdan keçməyə hazır olmalıyıq və hazırıq da!
Vətən müharibəsinin başlaması və bitməsi 44 gün çəksə də, 44 günün hər saniyəsi bir tarix oldu. Bu tarixin yazılmasında birbaşa iştirak edənlər çox yaxşı bilirlər. Onlar yaxşı bilirlər ki, müharibədə kim hansı mövqedə və necə döyüşürdü. Biz hamımız bir yumruq idik və inanırdıq ki, o yumruğun zərbəsindən məhv olan düşmən bir daha ayağa qalxa bilməyəcək. Eyni zamanda biz hər birimiz inamla düşünürdük ki, düşmən üzərində qazandığımız qələbənin medalları fərq qoyulmadan hər birimizin yaxasına taxılacaq! Ancaq, təəssüf! Maraqlıdır ki, 44 günlük Vətən müharibəsi zamanı düşmənin böyük dağıdıcı qüvvəyə malik olan döyüş təyyarələri (hansı ki, Su-25 təyyarəsi 5 tona qədər döyüş yükü götürə bilir. Sadə dildə desək Su-25 təyyarəsi bir uçuşda 5 tona qədər silah daşıya bilir), pilotsuz uçuş aparatları, uzaqmənzilli ballistik raketləri rayon və şəhərlərimizə hücuma keçəndə hər kəs eyni anda düşünürdü ki, görəsən hava hücumundan müdafiə qoşunlarımız düşmənin hava zərbələrinin qarşısını ala biləcəkmi? Bəli, mən ehtiyyatda olan hava hücumundan müdafiə qoşunlarının kəşfiyyatçısı kimi əminliklə deyə bilərəm ki, biz qarşımıza qoyulan tapşırıqların öhtəsindən sona kimi imkanlarımız daxilində maksimum gələ bildik. Hər kəs yaxşı bilir ki, Vətən müharibəsi zamanı düşmənin hava hücum vasitələrinin məhv olunmasında Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin fəaliyyəti əvəzsizdir (bunu sübut edən sənədli film də çəkilib)! Hətta deyərdim ki, yerləşdiyi mövqeyə görə Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələri olmadan hava döyüşlərinin aparılması qeyri-mümkün idi. Ancaq, təəssüflə qeyd etməliyəm ki, döyüşlər bitdikdən sonra nədənsə əsassız şəkildə Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin adı döyüş əməliyyatlarında iştirak edən bölmələrin siyahısından çıxarıldı, bütün Hərbi Hava Qüvvələrinin şəxsi heyyəti mükafatlandırılsa da (bu onların haqqı idi) Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələri istisna edildi. Mütəxəssis kimi deyə bilərəm ki, müasir döyüşü etibarlı və dayanıqlı hava hücumundan müdafiəsiz təsəvvür etmək mümkün deyil! Ən böyük dağıdıcı təsirə malik olan hava hücum vasitələrinin, ballistik vasitələrin və pilotsuz uçuş aparatlarının zərbələrindən yalnız hava hücumundan müdafiə sistemi ilə müdafiə olunmaq mümkündür. Hər kəs bilməlidir ki, kəşfiyyat məlumatları olmadan düşmənin heç bir hava hücum vasitəsi ilə mübarizə aparmaq olmaz. Çünki burada saniyələrdən söhbət gedir. Təsəvvür edin ki, saatda 2500-2600 km/saat sürətlə hərəkət edən ballistik vasitəni havada məhv etmək üçün hava hücumundan müdafiə qoşunlarının cəmi 2-3 dəqiqə vaxtı olur. Bu tapşırığı yerinə yetirmək üçün isə ilkin kəşfiyyat məlumatı 10 saniyə geciksə belə məqsədə nail olmaq mümkün deyil! Bunu bilə-bilə müharibədən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun fəaliyyətləri haqqında sənədli film çəkilsə də, Müdafiə Nazirinin Müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Naxçıvan hava hücumundan müdafiə döyüşçülərinə xüsusi minnətdarlıq etsə də, lakin Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin bir nəfər belə hərbi qulluqçusu mükafatlandırılmadı. Hesab edirəm ki, bu tarixi ədalətsizlikdir və ən böyük səhvdir! Düşünürəm ki, hər kəsə eyni gözlə baxılmalı idi! Mən bu haqda "Müharibənin görünməyən qəhrəmanları" adlı romanımda da yazmışam. İnanıram və ümid edirəm ki, Cənab Ali Baş Komandan Naxçıvan hava hücumundan müdafiə və radioelektron mübarizə bölmələrinin döyüşçülərini mütləq yenidən mükafatlandıracaq!
VİDEO KADRLARI İZLƏYƏK:

Yazıçı, Hərbi ekspert Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 17:31
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
Dün, 17:27
Dəmir yolu bileti paketləri satılacaq - Gündəlik, həftəlik, aylıq
Dün, 17:24
Başına ot presi düşən kişi öldü
Dün, 15:21
Stadionda idman edərkən öldü
Dün, 13:12
Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü
Dün, 12:45
Təyyarədə də POS terminalla ödəniş etmək olacaq
Dün, 12:41
“Sabah”ın futbolçusu Çempionlar Liqasında rekorda imza atdı
Dün, 10:14
Azərbaycanda bu ilin birinci yarısında avtoqəzalarda 285 nəfər ölüb
Dün, 09:28
Şamaxıda maşın dərəyə aşıb, iki nəfər ölüb
19-08-2026, 18:25
Tarixində ikinci ən uzunmüddətli istilik dalğasını yaşadı
18-08-2026, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18-08-2026, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
18-08-2026, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub