Bakıda Zirvə görüşü-Bakı Zirvədə. Bizim həmin dövlətlərlə ortaq tarixi köklərimiz, mədəniyyətimiz vardır.

Azərbaycan iqtisadi və siyasi cəhətədən çox güclü və Cənubi Qafqazın lider dövlətidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasət Azərbaycanı hərtərəfli şəkildə inkişafın zirvəsinə qaldırıb. Möhtərəm Prezidentin yürütdüyü siyasət humanizm və sülh prinsiplərinə əsaslanır. Bütün dünya dövlətləri Azərbaycanın qüdrətli və güclü dövlət olmasına hələ 2020-ci ildə baş vermiş 44 günlük Vətən müahribəsində şahidlik etdi. Azərbaycan xarici siyasətində dünya ölkələri ilə möhkəm dostluq və sıx əməkdaşlıq ənənələrinə hər zaman sadiqdir. Xüsusilə qeyd etmək lazımdır ki, Mərkəzi Asiya ölkələri ilə olan bütün münasibətlərimiz son illərdə daha da güclənib. Bizim həmin dövlətlərlə ortaq tarixi köklərimiz, mədəniyyətimiz vardır. Ona görə və bu istiqamətdə həyata keçirlən düzgün siyasət nəticəsində əlaqələrimiz günbəgün güclənməkdədir. Bilidiyimiz kimi bir neçə gün öncə Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Mötəbər tədbirdə- Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar. Tariximizə kiçik bir ekskursiya etsək, məlumdur ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan dünyanın bir çox dövlətləri üçün ona görə mühüm əhəmiyyətli və maraqlı bir ölkə hesab edilir ki, qüdrətli ölkəmiz digər dövlətlərlə olduğu kimi Mərkəzi Asiya ölkələrinin də Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Yəni, Azərbaycanın həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Həmin tədbirdə diqqətə çatdırılan xüsusi məqamlardan biri də ölkəmizin iqtisadi vəziyyətindəki hazırkı durum idi. Bəli, ötən 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə də ötən zaman ərzində çox böyük nailiyyətlər qazanıb. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəinki iqtisadi cəhətdən, bütün sferalar üzrə ölkəmizi inkişafın zirvəsinə qaldırır və beynəlxalq güclərin, təşkilatların və güclü dövlətlərin Azərbaycana layiqincə hörmət edilməsinə nail olunur, həmçinin həm Mərkəzi Asiya, həm də digər dost və qardaş ölkələrlə olan bütün əlaqələrimizi daha da möhkəmləndirir.
Milli Məclisin deputatı İlham Məmmədov
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı