Tanınmış azərbaycanlı yazıçıdan maraqlı fikir: Həqiqi yazar zəmanəsinin yetimidir...
Gündəm
Oxunub: 921
17 Kas 2023 | 12:31
Tanınmış azərbaycanlı yazıçıdan maraqlı fikir: Həqiqi yazar zəmanəsinin yetimidir...
(Azərbaycanlı yazar Eluca Atalıdan yazarlıqla bağlı müsahibəni Özbəkistanın tanınmış şairəsi Xosiyat Rüstəm "Kitab aləmində" dərgisi üçün almışdır.)

Sual: Bildiyimiz kimi, bütün yazarlar üçün əsər yaratma müddəti müxtəlifdir. Əgər sirr deyilsə, mənə deyə bilərsinizmi sizdə bir əsərin yaranma müddəti nə qədər olur?
Cavab: Məndə hər bir kitabımın yazılma müddəti müxtəlifdir, nümunə olaraq deyim, 240 səhifəlik "Tiqranimz Xocalıda" kitabımı tam iki aya yazdım, "Nalşəkilli mühasirə" kitabımı iki həftəyə, "İran hizbullah zindanında" 800 səhifəlik romanımın üzərində 10 il düşünüb, 18 aya yazdım. Kitabı yazma müddəti mənim mövzuya hazırlığım və yazı zamanı ətrafdan təcrid edilməmdən asılıdır. Fikrin beynimdə ədəbi baxımdan hazır olması və yazı biçmini tam mənası ilə tapdıqdan sonra yazıya başlayıram. Bəzi esselərim var ki sadəcə 4-5 dəqiqəyə yazmışam.
Sual: Bəzən yazan zaman tıxanma halları olur, istədiyini yaza bilmirsən, adama elə gəlir ki, tükənmisən və bir daha yazmayacaqsan. Siz bunu necə aşa bilirsiniz?
Cavab: Bəzən belə hallar olur, misal üçün, bir fikri və ya ideyanı deyək, durmadan düşünürəm, amma yazma zamanı başlamır. O zaman kitab oxumaq düşdüyüm durğunluğu, ətaləti aşmaq mənim üçün asan olur. Nümunələrlə deyəcəm, "İran Hizbullah zindanında" romanını çalışarkən Viktor Huqonun "Edama məhkumun son günü", Stefan Sveqin "Öz həyatının şerini yazanlar", Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü", Dostoyevskinin "Ölü evdən məktublar", Müllerin "Nəfəs yellənciyi" və bu qəbildən olan dünya ədəbiyyatının incilərini acgözlüklə oxudum. Durğunluğu aşmaq üçün bu mənə çox yardım etdi. Mütaliənin də incəliyi vardır, zindan hadisəsi kimi ağır bir mövzunu yazarkən yüngül mövzulu əsər oxumaq insana keçid üçün yardım etməz, hətta tam tərsinə insanı bataqlığa salar. Bundan sonra əvvəlki mövzuya qayıdıb öz fikrini yazmaq zor olur. Bu il Bakıdan 25 kq, Türkiyədən 20 kq kitab alıb İsveçə gətirdim. Bunlar mənim bir qış boyu oxumağıma yetəcək kitablardır. Kitabları kiloqramla söyləməyim təyyarənin bağajına verməyimlə bağlıdır. Asif Ata deyir: "Oxumaq beynin gimnastikasıdır" Yazarsa oxumadan yazacağı fikri çözə bilməz.
Sual: Yaxşı şair və ya yaxşı yazıçı olmaq üçün istedad kifayətdirmi?
Cavab: Qətiyyən yetərli deyil, amma istedad lazımdır. Belə deyərdim, istedad əsasdır, amma sadəcə istedadla amacına ulaşa bilməzsən. İstedad yer altından çıxarılan qızıl külçəsi kimidir. Sənətkarlıq o qızıl külçəsini zərgar kimi cilalayıb istənilən sənət nümunəsini hazırlamaqdır. Yetənək və ağır zəhmət gərəkdir əsərin alınması üçün.
İstedadı formalaşdırmaq üçün üzərində çalışmaq, öyrənmək, aramaq və s. lazımdır. Heç bir universitet istedadı artırmaz, sadəcə, istedada yön verər. Səssiz adamdan müğənni, rəngləri duymayandan rəssam olmadığı kimi kəlmələri hiss etməyəndən də şair və ya yazıçı olmaz. Kəlmələrin rəngi, qoxusu, səsi, musiqiliyi, bərkliyi, yumuşaqlığı və yüngüllüyü var. Mən yazarkən bunu hiss edirəm. Bu mövzuda yalnız yazarlarla fikir mübadiləsi edə bilirəm, çünki onlar da bunu mənim kimi yaşayırlar. Əslində kəlmələrlə çalışmayanlara bunu söylərəmsə, bunun dəlilik olduğunu düşünərlər.
Sual: Ölkənizdə şairə, yazıçıya münasibət necədir, bunu təsvir edə bilərsinizmi?
Cavab: Bu sualın bir kitablıq açıqlaması var. Müxtəlif tərəflərdən izah oluna biləcək məsələyə qısa cavab verəcəm. Öncəliklə Sovet ədəbi məktəbinin qoyduğu məddahlıq ədəbiyyatının bir cığır kimi bu gün də yaşadığını söyləməliyəm. Dövrün hakimini göylərə qaldırıb ondan öz mənfəətini gözləmək prinsipinə sadiq olanlar var, təəssüf hissi ilə deyirəm. Zəmanə qəhrəmanlarıdır belələri!!! Mən belələrinin yaradıcılığın sabun köpüyü hesab edirəm, özlərini də hədər getmiş istedad sayıram. Yetmiş il sovet dönəmində Lenin və kommunizmə bir kitabxanalıq kitab yazıldı və ya digər sənət əsərlər, indi bunları oxuyan yoxdur, kimə lazımdır onlar? Heyif olmuş kağızdan savayı bir şey deyil.
Digər bir qisim isə, məncə, az bir hissəsi gerçək sənət yolundadırlar, onlar bugünkülərdən mənfəət gözləməyib öz yaratdıqlarının dəyərini bilirlər. Sənətkarın öz qiymətini bilməsi dahilik tələb edir, o üzdən zaman içində belə sənətçilər barmaq hesabı olurlar. Məhəmməd Füzulinin zamanında onun salamını almırdılar, 9 axça (manata) görə hakimin qapısına getməli olmuşdur. "Salam verdim, rüşvət deyil deyə, almadılar!" Dahilər zamanlarından üstün yazarlar, zaman onları görməz, saymaz, onlar da zamanı saymazlar əsərlərini gələcəyə təhvil verərlər. Bir növ yazarlar zamanlarının yetimləridirlər.
Ressam Vinçent Van Qoq yoxsulluq içində öldü, İmaməddin Nəsimi kimi böyük şairin dərisini soydular, Məhəmməd Hadi kimi söz ustası küçədə yoxsulluq içində öldü. Hansı dahinin aqibəti zamanında yaxşı olmuşdu ki? Daha doğrusu, hansı dahinin dəyəri zamanında verilib ki? İnanın, Nəsimi, Füzuli, Hadi eyni aqibəti bu gündə yaşayardılar, əgər əqidələrindən dönməmiş olsaydılar. Sənət fədakarlıq, özündən keçmə tələb edir. Amma çox təəssüf ki, bu gün mükafat, şan-şöhrət arxasıyca olanlar nə bir sənətkar kimi özünü dəyərləndirir, nə də sənətin dəyərini bilirlər.
Sual: Gələcək yazıçılara və ya oxucularınıza deyəcək sözünüz varmı?
Cavab: Birinci sözümü yazarlara söyləyirəm:
1. Yazdıqları zaman özləri olmağı bacarsınlar.
2. Özləri ilə baş-başa qalmağa çalışsınlar, bir növ aynaya baxdıqları kimi vicdanları ilə öz içlərini görə bilsinlər.
3. Bir yazarın yazdığı zaman özünü təhlil etdiyini hər kəs bilir, unutmasınlar ki, onlar öz kimliklərini yaradırlar.
4. Öz üzərlərində daima çalışsınlar.
5. Özlərini təkrar etməsinlər. Unutmasınlar ki, yaradıcılıqda təkrar yaradıcının ölümüdür.
6.Kəlmələrdən lazım olduğu qədər yararlansınlar, söz qəbiristanlığı yaratmaqdan çəkinsinlər.
7. Unutmasınlar, söz fikri ifadə etmək üçün lazımdır. Bu səbəbdən də fikridən artıq söz olmamalıdır.
8. Çox oxusunlar, az yazsınlar. Çünki ədəbiyyatda çox şey deyilib, əgər sən yeni bir şey deməyəcəksənsə, yazmağa dəyməz. Əslində hər şeyə yeni baxış lazımdır, bəşərin buna ehtiyacı var. Bax, yazarda yeni baxış yaranmalıdır - Dünyaya, Həyata, İnsana baxmaq üçün.
9. Müasir oxucu bilgi - informasiya bolluğunda üzür, oxucuların çoxusu da bilgi zənginliyində üzə bilməyib batır. Bəzi oxucularım danışanda görürəm ki, hər şey haqqında məlumatları var, amma onu qədərincə üzə çıxara bilməyirlər, sanki beyinləri qarışıq bir anbardır. Hardan başlayıb, harda bitirəcəklərini bilmirlər. Mən ən çox bu oxuculara bilgilərini sistemləşdirməyə yardım etmək istəyirəm. Özlərinə lazım olanı saxlayıb, qalanını atsınlar, beyini zibilləmək olmaz. Ev hər gün süpürülüb təmizləndiyi kimi beyində də təmizlik işi aparmaq lazımdır.
Sənətə bir az bədii gözlə baxdım, bu da təbiidir, nəzərə alın ki, yazar ifadəsidir bu, o üzdən qəbul etmək olar. Fikri elə çatdırmaq lazımdır ki, oxucu əsəri oxumadan üzərindən keçməyi günah hesab etsin. Bu baxımdan da fikri hərtərəfli təhlil etmək gərəkdir, həm də oxucunun qəbul edəcəyi üslubda ona ötürmək əsasdır.
10. Unutmasınlar, dünyada çox şey söylənilib, çalışıb deyilməyəni desinlər, təhlil etsinlər.
11. Deyiləni təkrar etməsinlər.
12. Kitab hadisə olmalıdır, hadisə olmayan kitabın sabahı yoxdur.
13. Kitab yazmaq fikri çatdırmaq üçün bir vasitədir.
14. Kitab yazmaq məqsəd deyil, vasitədir. Kitab yazmaq məqsədə çevriləndə iyrəncləşir. Belə olduqda kitab ucuzlaşır, sadəcə, sabaha yox, bu günə də gərək olmur. Yəni, maklatura anbarına ötürülməli kağız yığını olur.
15. Şöhrət arxasınca olmasınlar, sən özünü yarat, öz kimliyindən yola çıx, harda olursan ol, şöhrət özü gəlib səni tapacaq. Şöhrət sadiq köpək kimidir, o, əsl sənətkarı tapır və daim ardınca gəlir.
Oxucularıma:
1. Hər şeyi beyninizə doldurmayın, məqsədli oxucu olmaq çox önəmlidir. Çünki ömür o qədər də uzun deyil, dəyərli yaşamaq üçün lazım olanı bilmək yetərlidir. Oxumaq ömrünüzü əlinizdən almasın, ömrünüz özünüzün olsun, oxuduğunuz ömrünüzü asan yaşamağa yardımçı olsun. Beyni zibilliyə çevirmək mənəvi intihardır.
2. Son olaraq məxsusi öz oxucularıma son kitabım olan "Ənqa quşu"nu oxumalarını arzu edirəm, çünki bu əsərdə Asif Atanın Mütləqə İnam fəlsəfəsi əsasıında insanın öz gücünə inanması, özünü anlayıb tapması yolunu göstərmişəm. Bu əsər vasitəsi ilə çatdırmağa çalışmışam ki, ən kiçik vücudda belə böyük imkan yatır, yetər ki, özünü tanıya biləsən. Bu da yalnız özünə inanmaq ilə mümkün olur.

Xosiyat Rüstəm, şair, Özbəkistanda dərc olunan "Kitab aləmində" dərgisinin redaktoru

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:06
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Dün, 22:58
Təhsil İdarəsinin müdiri Ucar və Zərdabda müəllimlərlə görüşüb
Dün, 22:46
İdarə müdiri Zərdabda Çallı kənd tam orta məktəbində olub
8-05-2024, 21:40
Mənzurə Musayeva kürəkəni ilə yeni sevgi klipinə çəkilib. -VİDEO
8-05-2024, 15:38
Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması
4-05-2024, 15:55
Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib
3-05-2024, 17:52
Beyləqanda narkomaniya, erkən nikah və dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib
3-05-2024, 17:34
Yevlax pambıqçıları 2024-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər
3-05-2024, 12:20
Şəhər İcra Hakimiyyətinin başçısı qəbul zamanı nələrdən danışıb? Səhifələrin izlənmə və bəyənilmə göstəriciləri yüksək olmalıdır...
3-05-2024, 11:24
Ağdamda maraqlı hadisə baş verib. Beş sürücü inzibati məsuliyyətə cəlb edilib
28-04-2024, 11:03
Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib
26-04-2024, 22:31
Yevlaxda ağır yol nəqliyyat hadisəsi nəticəsində sürücü dünyasını dəyişib
26-04-2024, 22:18
Xocavənddə partlayıcı vasitələr aşkar edilib
21-04-2024, 18:03
Yevlaxda cənab Prezidentin açılış etdiyi məkanın son vəziyyəti. - VİDEO
21-04-2024, 13:30
Qubadlı rayonu ərazisində top mərmiləri aşkar edilib
20-04-2024, 15:33
Millət vəkili İlham Məmmədov: "İlham Əliyev Tarixi Qələbələr yazan güclü Sərkərdədir"
20-04-2024, 13:30
Əməkdar artist Cavanşir Məmmədov nədən dünyasını dəyişib?
19-04-2024, 20:21
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
19-04-2024, 19:58
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
19-04-2024, 15:04
Rusiyadan atasının yasına gəldi və həbs olundu! Hələ ki, səbəblər məlum deyil...
16-04-2024, 13:17
Millət vəkilindən Əli Kərimliyə siyasi dərs: "Görün o nə qədər başı boş adamdır. O, şarlatandır". - VİDEO
16-04-2024, 10:09
SON DƏQİQƏ! Daxili İşlər Nazirliyinin əməkdaşları silah-sursat aşkar edib. - VİDEO
13-04-2024, 00:02
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb. - VİDEO
12-04-2024, 21:50
Bakıda mənzil dələduzluğu aşkar edilib. - VİDEO
12-04-2024, 13:11
Bərdədə narkotiklə bağlı növbəti əməliyyat keçirilib. Bərdə şəhər sakini yaxalanıb
9-04-2024, 22:06
Yevlax rayonunda bayram namazı bu saatda qılınacaq. - AÇIQLAMA
9-04-2024, 09:55
Beyləqanda əməliyyat keçirilib. 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb