Yazıçı Natiq Əlisoy: Bəlkə də bir çoxları məni qınayacaq, ancaq...
Gündəm
Oxunub: 593
18 Ekm 2023 | 16:10
Yazıçı Natiq Əlisoy: Bəlkə də bir çoxları məni qınayacaq, ancaq...
Bu gün elə bir dövrdə yaşayırıq ki, şan-şöhrətli, vəzifəli, bahalı avtomobillərdə gəzən, dəbdəbəli mənzillərdə yaşayan və ən əsası özünü ağıllı hesab edib ağıllı-ağıllı danışmağa çalışan bəzi ağıllılar doğrudan da özlərini çox ağıllı hesab edirlər. Onlar hər kəsə yuxarıdan aşağı baxmaqla özlərini yüksək zəka, böyük hikmət, düşüncə və şəxsiyyət sahibi hesab etməyə çalışırlar. Ancaq anlamırlar ki, insanlıq nə pulda, nə vəzifədə, nə də saymaqla bitməyən çoxşaxəli ədabazlıqdadır. Bunları duymaq, hiss etmək və görmək üçün vacib deyil ki, ruh adamı olasan, vacib olan odur ki, ruhun adam ruhu olsun. Bəs ruhun adam ruhu olması üçün nələr olmalıdır?

Hər kəs yaxşı bilir ki, digər peşə, sənət sahiblərindən fərqli olaraq şairlər, qələm və ruh adamları hər zaman olduğu kimi qarşılaşdıqları hadisələrə münasibətdə daxili dünyaları və hissiyatları ilə danışırlar. Bu nə dəlilikdir, nə də axmaqlıq. Belə olmasa dünyanın üzü o qədər quru və sərtdir ki, nə qədər əlləşsən də qələmini əlinə götürüb dünyadan, həyatdan, zamandan və insanın simasından heç bir obraz qopartmaq mümkün olmaz. Odur ki, qələm adamları hər zaman yeni obraz, yeni sima, dəyişkən və qeyri-adi baxışların axtarışında olmaqla həyatlarını və yaradıcılıqlarını müxtəlif həyat boyaları ilə rəngləməyə çalışırlar. Əslində bu axtarışı adi, sadə insanlar da edə bilər. Qeyd etdiyim kimi bütün ruh adamları kimi mən də hər zaman bu axtarışda olmuşam. Axtardığım yeni obrazlarda, insan və insanlıq hər zaman məni dərindən düşündürüb. Hər zaman düşünmüşəm ki, hər kəsin sevərək yaşadığı, ayrılmaq istəmədiyi, dünya və dünya mülkünün dərin qatlarında insan və insanlığın siması təbii formada hansı cizgilərlə əks olunub. Bəli, mən hər zaman bu haqda çox düşünmüşəm və bu yolda çox çətin sınaqlardan keçmişəm, hətta böyük şəxsiyyətlərin, dünya şöhrətli sərkərdələrin, dahi şəxsiyyətlərin həyatlarını belə araşdırmağa xeyli vaxt sərf etmişəm. Təəssüflər olsun ki, araşdırma zamanı gəldiyim bir çox nəticələr ondan ibarət olub ki, özlərini ağıllı hesab edən insanların böyük əksəriyyəti ağıllarını şəxsiyyətlərinin, şəxsiyyətlərini isə ağıllarının və bunların hər ikisini isə vəzifələrinin arxasında birtəhər gizlətməklə ört-basdır etməyə çalışan insanlardır. Onlar kənardan uca dağa bənzəsələr də, onlara yaxınlaşdıqca insanlıq qarşısında kiçilib özlərinin zəif və saxta olduqlarını biruzə veriblər. Bəli, belə müəllim, belə həkim, belə alim, belə bənna, belə sərkərdə, belə ticarətçi və belə sənət adamları da var. Bu tip insanları hansı sənət, hansı peşə sahəsində axtarsan asanlıqla tapmaq mümkündür. Bütün varlar içində yox olan insan siması isə belə insanabənzərlərin içində neçə-neçə yalanları, neçə-neçə həqiqətləri gizlətməklə dünya adlandırılan dilsiz-ağızsız məkana saysız-hesabsız bəlalar, faciələr gətirib.

Mənə elə gəlir ki, bu və bu kimi faktlardan dolayı bir çox hallarda insanlar bir-biri ilə münasibətdə birinin digərini ağılsız və xəstə hesab etməsi, onun özünün həddindən artıq ağıllı və zəngin hesab etməsindən irəli gəlir. Məncə bunun özü elə böyük bir xəstəlikdir. Nə bilmək olar bəlkə elə həyatı bizim ağıldan kəm hesab etdiyimiz insanların həyatı kimi yaşamaq lazımdır. Bəli, bəlkə də bir çoxları buna görə məni qınayacaq və tənqid edəcək. Çoxları məni qınayacaq ki, bir yazıçı, bir jurnalist nə üçün həyatda heç bir mövqeyi olmayan, özünü düzgün idarə edə bilməyən, savadsız, ağılsız birini bu qədər önə çıxardır və bu haqda gözlənilmədən geniş məqalə yazır. Bəli əziz dostlar, dəyərli oxucular. Bəlkə də Sizlər haqlısınız. Çünki biz bir çox hallarda cəmiyyət olaraq o qədər insanları yalandan tərifləmişik, o qədər layiq olmayan insanlara dəyər vermişik ki, artıq özümüz də insana verilən dəyərin əsil həqiqətdə nə olduğunu unutmuşuq. Biz o qədər təriflədiyimiz insanlardan təmənna, dostluqda şöhrət, yaxşılıqda reklam güdmüşük ki, "kənddə hazırlanan şoru şəhərdən alıb yeməyi özümüz üçün yüksək elita hesab etmişik". Məcazi də olsa bu isə bizləri təbiətdən, təbiilikdən, əsil insan və insanlıqdan uzaq salıb.

NƏİSƏ, BƏS ƏSİL İNSANLIQ NƏDİR? BƏS ƏSİL İNSAN VƏ İNSAN SİMASINI HARADA, NECƏ TAPMAQ OLAR? ONLAR BİZDƏN NƏ İSTƏYİR Kİ?
Onlar heç kimdən heçnə istəmir, onlar heç kimdən bir təmənna güdmür, bəlkə də onlar heç həyatlarının sonuna qədər özləri də bilmirlər ki, biz onlar haqqında belə bir yazılar yazırıq, onları tərif edirik. Onlar siyasəti, ticarəti, pulu, varı, yalanı, saxtakarlığı, dələduzluğu bilmirlər.
Bəli əziz dostlar, bayaqdan giley-güzar içində yazdığım yazının əsas dayaq nöqtəsi ondan ibarətdir ki, biz insan olaraq hər zaman Allahın yaratdığı insanlara vəzifəsinə, puluna şan-şöhrətinə görə yox, Allahın yaratdığı bəndə olaraq baxmalıyıq. İnsanlar xarakterinə, dünyagörüşünə və biliklərinə görə müxtəlif ola bilər. Nəyin necə olmasından asılı olmayaraq bizlər insan olaraq ətrafımızda olan insanlara hörmətlə yanaşmalıyıq və onların daxili dünyalarını hiss etməyə çalışmalıyıq. Bəli, mən də bu səbəbdən məss belə insanlardan birini Sizlərə təqdim etmək istəyirəm:
-onun üçün bahalı maşın, dəbdəbəli həyat, yüksək vəzifə, şan-şöhrət, tərif və s. bütün günü Yevlaxın küçələrində əlində maqnitafon, üzərində müxtəlif tullantı əşyaları olan sürdüyü məftil arabadan ibarətdir. O bir səmimi gülüşü ilə və sürdüyü məftil arabanın üzərində özü də mənasını, mahiyyətini tam anlamadığı üçrəngli Azərbaycan bayrağını gəzdirməklə bəlkə də minlərlə özünü ağıllı, vətənpərvər, səmimi göstərməyə çalışan insanlara həyatın, insanlığın nə olduğunu sübut etməyə qadir olan Allahın ən saf bəndəsidir. Bu insanlığı, bu böyük məktəbi, həyat dolu baxışları, sevgidən və səmimiyyətdən yaranan saf gülüşü, insanın Allaha bağlılığını, dünyanın, yerin, göyün və bütün kainatın şan-şöhrət üzərində yox, insanlıq üzərində qurulduğunu duymaq və görmək istəyən şəxslərin bir an ayaq saxlayıb bu və bu kimi ağıldan kəm adlandırılan, əslində bəlkə də daxili dünyaları ilə hər kəsdən zəngin və hər kəsdən ağıllı olan insanların davranışlarını ağıl və hisslərlə müşahidə etmələri kifayətdir. Deyilənlərə görə haqqında bəhs etdiyim, heç adını belə bilmədiyim, Yevlax şəhərində ruhi xəstə kimi qəbul edilən bu yaraşıqlı cavan oğlan insanlarla hər saat ünsiyyət qurmaq istəməyən biridir. Onun öz dünyası, öz düşüncələri var. Maraqlıdır ki, mənimlə təsadüfən üz-üzə gələn bu yaraşıqlı oğlana sənin şəkilini çəkmək istəyirəm deyəndə, nədənsə arabasını saxladı, arabasında gəzdirdiyi üçrəngli Azərbaycan bayrağını düzəltdi və şəkil çəkmək üçün mənə xoş üzünü göstərib imkan yaratdı. Düşünürəm ki, o hiss etdi ki, onun şəkilini çəkmək istəyən şəxs ruh adamıdır. O məni ruhu və hissləri ilə anladı və gülümsədi.
Duyan və anlayanlar üçün o gülüşün içində nələr var nələr... O gülüşü duymaq üçün gülüş dolu dünyanı duymağa qadir gücün və sevgin olmalıdır.

Yazıçı, şair, AYB və AJB-nin üzvü Natiq Əlisoy


Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 20:11
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Bugün, 16:30
Sürücü hazırlığına investisiya niyə vacibdir?
Bugün, 16:24
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu
Bugün, 11:55
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
Bugün, 09:13
Bu yollar tıxaclıdır - Siyahı
Bugün, 09:10
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
Dün, 19:40
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Dün, 19:01
İxtisas imtahanından keçməyənlərə yenidən şans veriləcək
Dün, 18:58
Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü
Dün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Dün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Dün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Dün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
27-06-2026, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
27-06-2026, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
27-06-2026, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
27-06-2026, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
27-06-2026, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər