Yevlax şəhərində 26 avqust “Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü keçirilib.

Dialoq.Az xəbər verir ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhər Yaradıcılıq evində 24 avqust 2023-cü il tarixdə 26 avqust “Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü” nə həsr olunmuş "Azərbaycan Muğamı Dünyada” adlı ədəbi-bədii musiqili tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Aygün Qasımova açaraq, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğamlarımızdan, UNESCO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunması haqqında ətraflı məlumat verib.Tədbir B.Vahabzadənin “ Muğam”qəzəlinin Mədəniyyət Mərkəzinin qiraətçıləri tərəfindən təqdimatı ilə başlanıb. Tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir və qəzəlləri Mədəniyyət Mərkəzinin işçiləri Zaur Qurbanov, Fəridə Həsənova, Xan Quluyev, Elnurə Babayeva səsləndirdilər. Mədəniyyət Mərkəzinin işçiləri - Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Sabir Hüseynov, Orxan Əkbərov, Xan Quluyev, Aran qəsəbə Uşaq musiqu məktəbinin səs müəllimi Fətəli Əhmədov, Malbinəsi kənd Uşaq müsiqi məktəbinin səs müəllimi Nofəl Cəfərov, 1 və 2 nömrəli Uşaq musiqi məktəbinin səs müəllimi Günel İsmayılovanın ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Sazda Mamed Nəbiyevin ifasında aşıq havası olan “Dübeyti” dinlənililib.
Uşaq İncəsənət Festivalının iştirakçıları –Fatimə Süleymanlı, Tunar Cəfərov, Rizvan Cəfərovun ifasında “ Arazbari” ritmik muğamı səsləndirilib. Hər musiqi nömrəsinin arasında verlişin aparıcısı, uzun illər Yevlax mədəniyyətində çalışmış xanəndə Bəylər Bəylərov Azərbaycan muğamları haqqında iştirakçılara yeni məlumatlar verib.Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri, Vətən müharibəsi iştirakçısı, " Azərbaycan Bayrağı" ordenli Mədəd Süleymanov, sədrin birinci müavini Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov, Vətən müharibəsi iştirakçısı mayor Azər Əzizov, Yazıçı-şair, hərbi ekspert, Qızıl qələm mükafatçısı Natiq Əlisoy, Yevlax şəhərində yerləşən idarə və təşkilatların rəhbərləri, əməkdaşları, mədəniyyət işçiləri iştirak edirdilər.Tədbir Mədəniyyət Mərkəzinin “Amin“ vokal instrumental ansamblının müşaiəti ilə həyata keçirilib.


Dialoq.Az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı