Natiq Əlisoy: "Mənim ixtira etdiyim yeni sistem dünya ordularının hava hücumundan müdafiə sistemlərinin heç birində yoxdur". Bu sistem dünyada ilk olacaq!

Ehtiyatda olan zabit, hava hücumundan müdafiə mütəxəssisi, yazıçı Natiq Əlisoy "Dialoq.Az" saytına maraqlı açıqlama verib:
-Bu barədə ilk dəfə danışsam da, ancaq bir neçə aydır ki, yeni hərbi-elmi iş üzərində çalışıram. Mən 20 il Azərbaycan Ordusunda Hava Hücumundan Müdafiə Qoşunlarında müxtəlif vəzifələrdə zabit kimi xidmət etmişəm, ali hərbi təhsilli zabitəm. Mən hər zaman bu sahədə yeniliklər haqqında ciddi düşünmüşəm. Bu gün müasir döyüşün əsas aparıcı qüvvələrindən hesab olunan hava hücumundan müdafiə qoşunlarının döyüşdə fəaliyyəti əvəzsizdir. Belə ki, düşmənin hava hücum vasitələrini, pilotsuz uçuş aparatlarını, reaktiv-artilleriya sistemlərini hava hücumundan müdafiə sistemlərindən başqa məhv edəcək başqa bir qoşun növü yoxdur. Düzdür, bu gün Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları kifayət qədər döyüş qabiliyyətinə, müasir döyüş texnikalarına və peşəkar döyüşçülərə sahibdir. Ancaq, hesab edirəm ki, elm, texnika və idarəetmə üsulları hər saniyə dəyişir, inkişaf edir. Bir neçə ildən sonra bizim bu gün müasir hesab etdiyimiz döyüş texnikası və döyüş üsulu köhnələcək. Biz klassik hava hücumundan müdafiə döyüşündən və idarəetmə üsulundan yavaş-yavaş uzaqlaşmalıyıq. Elə bir sistem yaratmalıyıq ki, nəinki düşmən, hətta bütün dünya orduları bu sistemin əsas özəlliklərini və daxili sirlərini açmaq üçün on illər sərf etsin. Hər kəsə məlumdur ki, bu gün bir çox ölkələr, o cümlədən Azərbaycan keçmiş SSRİ ordusunun döyüş üsulundan, döyüş texnikasından və taktikasından müəyyən qədər qarışıq şəkildə istifadə edir. Düzdür, texnikalar modelləşdirilsə də, ancaq baza prinsipi, idarəetmə üsulu, düşünən beyinlər olduğu kimi qalıb. Bu barədə çox danışmaq olar, ancaq hesab edirəm ki, danışmaqdansa əməli işlər görmək lazımdır. Biz heç vaxt düşünməməliyik ki, biz heçnə yarada bilmərik, bizim buna elmi düşüncəmiz çatmaz. Odur ki, qısa olaraq onu deyə bilərəm ki, mənim düşündüyüm sistem (lahiyə) elə bir sistem olacaq ki, dünyada ilk olacaq və o sistemin tətbiq olunduğu əraziyə düşmənin hava hücum vasitəsi yaxınlaşa bilməyəcək. Əlbəttə ki, bu çox çətin və məsuliyyətli bir işdir, bunun üçün çox gərgin çalışıram, araşdırmalar aparıram. Bəlkə də bu xəbər bir çoxlarına gülməli də gələ bilər, ancaq biz bunun öhtəsindən gələcəyik. Hesab edirəm ki, bu sistem üzərində bəlkə də bir neçə ay, bəlkə də bir neçə il ciddi çalışmalıyam. Yaradacağım yeni sistemi ilk olaraq Azərbaycan Ordusuna təklif edəcəyimi qərarlaşdırmışam. Azərbaycan Ordusu bu sistemi qəbul etməsə başqa ordulara da təklif edəcəyimi düşünürəm,-Deyə Natiq Əlisoy bildirib.
Dialoq.Az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı