Hərbi ekspert Natiq Əlisoy Ermənistanın təxribatlarına maraqlı münasibət bildirib!

44 günlük Vətən müharibəsinə qədər məkirli düşmənin qoşunlarımızın təmas xətti boyunca (keçmiş işğal edilmiş ərazilərimizdən) təxribatlara əl atması hardasa başa düşülən və qəbul edilən idi. Belə ki, birinci Qarabağ müharibəsindən sonra müvəqqəti üstünlük qazanan, torpaqlarımızı işğal edən düşmən tərəfindən qarşı tərəfi, yəni ordumuzu daima gərginlik altında saxlamaq üçün atılan addım kimi başa düşmək olardı. Ancaq, bu gün düşmənin hər hansı bir təxribata əl atması hərbi əməliyyatdan çox teatr səhnəsinə bənzəyir. Belə ki, 44 günlük müharibədə igidlərimiz tərəfindən "Gecə dərsi" alan düşmən nəinki təxribata, heç təxribat sözünün "T" hərfinə əl atmamalı idi. Düşmənin təxribata əl atması üçün nə gücü, nə iradəsi,nə də döyüş ruhu qalmışdı. Canını birtəhər gəzdirən erməni dığalarında hal qalmışdı ki, hələ bir təxribata da əl atsın? Peşəkar hərbçilər yaxşı bilir ki, məğlubiyyətə uğramış ordunu yenidən komplektləşdirmək, onun döyüş və döyüşə hazırlığını bərpa etmək üçün illərnən vaxt lazımdır. Deməli ilan ulduz görsə də hələ ki, ölməyib, özünü ölülüyə vurub... Hesab edirəm ki, biz qıvrılmış vəziyyətdə kol-kosda gizlənən və qorxusundan onun-bunun üstünə tullanan ilanları yox, o ilanlara zəhər verənləri tapmalıyıq. İkinci bir tərəfdən bir çox rəsmi və qeyri-rəsmi məlumatlara görə düşmənin 2 ədəd S-300 zenit-raket kompleksi məhv edilib. Ordumuz tərəfindən düşmənin 2 ədəd S-300 zenit-raket kompleksinin məhv etməsinə 100 % inanıram, bu mümkündür. Ancaq, o komplekslərin Ermənistana məxsus olmasına 1 % inanmıram...! Burada sual yaranır ki, o komplekslər oraya necə, hansı məqsəd və imkanlarla, hansı yollarla getmişdi? Ermənistanın bir o qədər bol S-300-ü və ya elə pulu var ki? Və o komplekslərin orada, təmas xəttinə, döyüş əməliyyatları gedən əraziyə yaxın məsafədə nə işi var idi? Sonra da 2 ədəd S-300 ZRK ora hansı ağılla qoyula bilərdi ki? Onda belə çıxır ki, ya Ermənistanın həqiqətən başı xarab olub ya da onların əvəzinə başqa başlar düşünür, ancaq səhv düşünür. Ola da bilər ki, KTMT-nin Ermənistanda 2 ədəd S-300-ü ilə düşmənimizin əlini ortaq dostumuz əl altından sıxıb... Bunlar hamısı sadəcə ehtimallardır. Maraqlıdır! Allah Şəhidlərimizə rəhmət eləsin!
_____________________________________________
Yazıçı, hərbi ekspert Natiq Əlisoy
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı