Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə növbəti dəfə müraciət ediblər.
Gündəm
Oxunub: 2 673
6 May 2022 | 22:55
Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə növbəti dəfə müraciət ediblər.
"Dialoq.az" xəbər agentliyi xəbər verir ki, bir qrup ehtiyatda və istefada olan hərbi qulluqçular, eləcə də xüsusi rütbəli şəxslər Cənab Ali Baş Komandana müraciət ünvanlayıblar. Müraciətin mətnini olduğu kimi sizlərə təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
Surəti: Milli Məclisin sədri Sahibə xanım Qafarovaya

Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər tərəfindən

M Ü R A C İ Ə T

Möhtərəm, cənab Prezident!
Sizi məlumatlandırırıq ki, ƏƏSMN ehtiyatda və istefada olan sayı 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsləri dövlətdən və şəxsən Sizdən narazı salmaqda davam edir. Belə ki, Sizin 2022-ci il üçün əhalinin bütün təbəqələrinun sosial rifahınln gücləndirilməsinə dar tapşırığınızı icra edərkən ƏƏSMN nədənsə 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi unutmuşdu.Sizin 4 mart 2022-ci il tarixli Sərəncamınızla bu ədalətsizlik aradan qaldırıldı. Lakin, bu nazirlik ehtiyatda və istefada olan hərbçilərə, xüsusi rütbəli şəxslərə qarşı qara əməllərindən əl çəkmək istəmir.
Hazırda parlamentin dinləmələrində olan "Əmək pensiyaları haqqında qanun"a təklif edilən dəyişikliyin, həmin qanuna 1.0.19-cu maddənin  əlavə edilərək "müvafiq vəzifədə işlədiyi vaxt" sözlərinin yazılmasının hüquqi anlamı budur ki, bundan sonra Sizin əmək haqqı, təminat xərcliyi ilə bağlı Fərman və Sərəncamlarınız olanda ƏƏSMN: "bu sizə aid deyil, çünki müvafiq vəzifədə işlədiyiniz vaxt bu artım olmayıb, almamısınız" cavabını verəcəkdir. Biz bu dəyişikliyə QƏTİ ŞƏKİLDƏ ETİRAZIMIZI BİLDİRİRİK! Çünki, bu dəyişİklik hüquqlarımızın total və kobud şəkildə pozulmasıdır.
Faktiki olaraq100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi bundan sonra maaş və təminat xərcliyində baş verəcək artımlardan məhrum etmək istəyirlər.
Cənab Prezident!
Biz inanırıq ki, Siz hər zaman olduğu kimi yenə də hərbi və xüsusi rütbəli şəxsləri müdafiə edəcək və ƏƏSMN-nin məsuliyyətsiz məmurları barədə ölçü götürərək bu təhlükəli dəyişikliyin birdəfəlik gündəlikdən çıxarılmasına göstəriş verəcəksiniz.
İnanırıq ki, Sizin məsələyə müdaxiləniz və ali iradəniz nəticəsində problem nəhayət ki  həllini tapacaqdır. Son olaraq və çıxış yolu kimi təklif edirik ki, bu kimi xoşagəlməz və təhlükəli halların qarşısının alınması məqsədilə hərbi mütəxəssislər də cəlb edilməklə "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun yeni redaksiyada qəbul olunsun.
Əvvəlcədən Sizə öz minnətdarlığımızi bildiririk!
Hörmətlə,
Ehtiyatda və istefada olan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər.
6 may 2022-ci il
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı