1 yanvar böyük sənətkar Sahibə xanım Abdullayevanın doğum günüdür.

Ömrünün böyük hissəsini xanəndəlik sənətinə həsr etmiş bu böyük sənətkar və nəcib xanım səsi ilə ürəklərdə, ürəyi ilə isə yaşadığı füsünkar gözəlliyə malik, söz-sənət beşiyi hesab olunan İsmayıllı rayonunda böyük hörmət qazanmışdır. Ona, İsmayıllı rayonunda zəhmətkeş və qayğıkeş İsmayıllılar tərəfindən hörmət və ehtiram əlaməti olaraq İsmayıllının xalq artisti də deyirlər. Sahibə Abdullayeva,-Bu ad hər kəsə doğma və əziz olmaqla yanaşı, eyni zamanda həm də bir həyat məktəbidir. Mübaliğəsiz desək xanım olmasına baxmayaraq hər zaman "kişi qeyrəti" ilə kişi kimi meydanlarda, dövlət tədbirləri və el şənliklərində sözünü deyib, zəhməti ilə haqqını qazanmışdır. Uşaqla-uşaq, böyüklə-böyük, alimlə-alim, kasıbla-kasıb, varlı ilə-varlı kimi danışmağı bacaran "Dağlar qızı" heç zaman heç kimin haqqını taptalamamış və heç kimə öz haqqını təslim etməmişdir. Ta gənc yaşlarından dost-tanış, qohum-əqrabə, el-oba arasında yaşayıb yaratmış bu gözəl xanım sadə vətəndaş təşəkküründən tutmuş ali dövlət mükafatlarına kimi saysız-hesabsız mükafatlarla, fəxri fərmanlarla mükafatlandırılmışdır. Hamımızın əzizi, dəyərli sənətkar Sahibə xanım Abdullayevanın həyatı, yaradıcılığı, səhnə fəaliyyəti, xeyirxahlığı, insanpərvərliyi, doğulduğu məkan və ocaq haqqından uzun illər idi ki, çox eşidirdim. Sahibə xanım haqqında deyilən bütün müsbət keyfiyyətləri rəqəmlərlə, faiz və statistik göstəricilərlə müqayisə etmək, onun şəxsiyyəti haqqında yazılmış yazıları, məqalələri kənardan oxumaqla yox, yaxından görmək, hiss etmək üçün həyatım boyu heç zaman getmədiyim, həmişə getmək və gəzməz istədiyim İsmayıllı rayonu böyük sənətkar Sahibə Abdullayevanın böyük ürəyi ilə ailəmlə birlikdə məni öz qoynuna qonaq dəvət etdi. "Nə yaxşı ki, qismət oldu, gələ bildim dağlar qızı". Söz var dastanlara sığmaz, söz var bir dastanı ifadə edər. Nə demək istədiyimi yəqin ki, hissiyyatlı oxucular duydular. Üç gün bir insanı tanımaq yetərli vaxt olmasa da, Sahibə xanımın qonaqlarına hər zaman isti qucağını açan doğma evində qonaq olduğum müddətdə keçən saatlarımı saniyələrlə dəyərləndirib qələmimi əlimə almağa güc tapdım. "Dağlar qızı", əzizimiz Sahibə xanım, sizə uzun ömür, can sağlığı, gözəl və firavan həyat arzu edirəm. Nə yaxşı ki, sizi tanıdım. Doğum gününüz mübarək!
Dağlar qızı.
Nə yaxşı ki, qismət oldu,
Gələ bildim dağlar qızı.
İsmayıllı dağlarını,
Görə bildim dağlar qızı.
Sevdim Lahıc çöllərini,
Qoxuladım güllərini,
Bu yerlərin sirlərini,
Bilə bildim dağlar qızı.
Gülyan kəndin dağın-daşın,
Seyr etdim al qumaşın,
Gözlərimdən kədər yaşın,
Silə bildim dağlar qızı.
Bulaqları gəzə-gəzə,
Valeh oldum dağa-düzə.
Ürəyimi verib sözə,
Gülə bildim dağlar qızı.
Qələmimi aldım ələ,
Əlisoyam, gəldim dilə,
Dərdlərimi dağlar ilə,
Bölə bildim dağlar qızı.
___________________________________
Natiq Əlisoy, şair, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ulu Öndər", "Ali Baş Komandan" "İlin vətənpərvər şairi" media mükafatları laureatı.
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı