Dağlar qoynundakı Kəlbəcərdə bayram konserti

Noyabrın 25-də Kəlbəcərdə keçirilən ilk Şəhər Günü çərçivəsində geniş konsert proqramı təşkil olunub.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də doğma yurda qayıtmış şəhər sakinləri və bayram münasibətilə Kəlbəcərə gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçıları Kəlbəcərin yenidən qurulmasını və sakinlərin doğma yurdlarına qayıdışını əks etdirən videoçarxı izləyiblər.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək Şəhər Günü ilə bağlı təbriklərini çatdırıb, dövlətimiz tərəfindən Kəlbəcərin dirçəlişi istiqamətində görülən işlərdən danışıb.
Sonra şəhərin mərkəzində qurulmuş səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
Bayram konserti Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında V.Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb.
Konsertdə Xalq artisti Mələkxanım Eyyubova R.Məmmədovun “Yaşa, Azərbaycan”, Əməkdar artistlər – xanəndə Babək Niftəliyev Y.Almazın “Prezidentim”, tarzən Şəhriyar İmanov “Zəfər” kompozisiyası, solistlər Malik Həsənov F.Cəlilabadlının “Kəlbəcər”, Mehdi Niftəliyev E.İbrahimovanın “Ey Vətən” mahnılarını ifa ediblər.
Musiqisevərlər “Qaya” Dövlət Ansamblının ifasında V.Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnılarını dinləyiblər.
Konsertdə aşıq sənətinə də geniş yer verilib. Tanınmış aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı “Ruhani”, Əfqan Kəlbəcərli “Gödək donlu”, Qənbər Kəlbəcərli “Cəlili”, Gözəl Kəlbəcərli “Gözəldir”, İbadət Ərəş “Qəhrəmanı”, Qalib Kəlbəcərli “Göyçəgülü” və
Əhliman Kəlbəcərli “Kərəm gözəlləməsi” saz havaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Azərbaycan Dövlət Rəqs Ansamblı daha sonra E.Sabitoğlunun “Ağ çiçəyim” rəqsini və “Ağbaba” yallısını ifa edib.
Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və şagirdləri isə “Dəşti” təsnifini ifa ediblər.
Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq təqdim olunub.






Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü