Heydər Əliyev Fondu tərəfindən Yevlax rayonunun Xanabad kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib

Dialoq.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən 360 yerlik Yevlax rayonu Azər Əzizov adına Xanabad kənd tam orta məktəbinin yeni binasının açılışına həsr olunmuş tədbir keçirilib.
Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Heydər Əliyev Mərkəzinin aparat rəhbəri, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər. Yeni məktəb binası ilə tanışlıq zamanı bildirilib ki, məktəb 1978-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası istismara yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 360 şagird yerlik yeni məktəb binası tikilib. Tədris ocağı zəruri mebel və avadanlıqla, fənn kabinetləri ilə təchiz edilib. Təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Yeni məktəb binasının həyətində qazanxana və su çəni inşa olunub. Məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası yaradılıb. Məktəbin həyətinə asfalt döşənib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Açılış mərasimində edilən çıxışlarda qeyd edilib ki, kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Yevlaxda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. Məktəbin kollektivi və kənd sakinləri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Yeni məktəb binasının inşası müəllim kollektivi ilə yanaşı, şagird və valideynləri də sevindirib.















Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı