Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Bölgə
Oxunub: 93
14 Eyl 2023 | 20:18
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Dialoq.az xəbər verir ki, YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayonda fəaliyyət göstərən idarə və müsəssisə rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idmançılar və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiram hissi ilə yad ediblər.
Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik gənclər siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasətindən geniş söhbət açaraq, qeyd edib ki, dahi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə əlaqədar yüksək səviyyəli Forumların keçirilməsi, ölkəmizdə hər il “Gənclər Günü”-nün rəsmi səviyyədə qeyd edilməsi məhz Ulu Öndərimizin Azərbaycan gəncliyinin inkişafına verdiyi ən böyük töhfə olmuşdur. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin yeni fəaliyyətinə uğurlar arzulayan Rafiq Əliyev vurğulayıb ki, bu gün möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə ölkəmizdə həm gənclər və idman, həm də digər bütün sahələr böyük inkişaf yolu keçir, bu istiqamətdə müvafiq Dövlət Proqramları həyata keçirilir və əldə olunan uğurlu nailiyyətlər nəticəsində Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalanır.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Liderin gənclər siyasətiylə bağlı yuxarıda qeyd etdiyimiz istiqamətlərdə gördüyü işlər Prezidentimiz Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məhv edən Azərbaycan Ordusnun mütləq əksəriyyəti gənclərdən ibarət idi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri məhz vətənpərvər, cəsur, bilikli, elmli və milli ruhda yetişir.
Çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov qeyd edib ki, dahi Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.Azad Gözəlov Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlardan danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıq hissini ifadə edib, rayon gənclərinə uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Bayram Hüseynov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov və YAP Yevlax rayon təşkilatının fəalı Nilufər Abbasova müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, yürütdüyü dövlət gənclər siyasətinin mühüm aspektləri və hazırda Prezident İlham Əliyevin güclü siyasəti ilə ölkəmizdə aparılan kadr hazırlığı, təşkilatlanma və gənclərin hərtərəfli inkişafı naminə görülən böyük işlər haqqında danışıblar.
Sonda YAP Yevlax rayon təşkilatının adından Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlova xatirə hədiyəsi təqdim edilib, Yunan-roma güləşi üzrə Avropa çempionu Əliyev Rüstəm Camal oğlu, Beynəlxalq Təhsil kubokunun gümüş mükafatçısı Nəsibov İsmayıl Nəsib oğlu və Yeniyetmələr arasında Azərbaycan birinciliyinin gümüş mükafatçısı İsgəndərli Nihat Ramil oğlu YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib, idmançılara hədiyələr təqdim olunub.
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Dialoq.az
Dün, 16:32
“Heydər Əliyev İli” çərçivəsində Yevlaxda “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Dün, 16:14
Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin nümunəvi sinfi.
27-09-2023, 22:24
Mərkəzi Aran Regional Təhsil İdarəsində "gənclərin çağırışaqədərki hazırlığı rəhbəri" vəzifəsinə işə qəbul üzrə müsabiqənin yekun mərhələsi keçirilib.
27-09-2023, 20:28
Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbdə "27 Sentyabr - Anım Günü" tədbiri keçirilib.
22-09-2023, 16:07
Millət vəkili İlham Məmmədov: Vətən müharibəsi tarixi Qələbəmizdir.
21-09-2023, 11:05
Erməni separatçılarının nümayəndə heyəti Yevlaxa gəldi. Onlar görüşə kimlərlə və necə gəlib?
20-09-2023, 21:05
Millət vəkili İlham Məmmədov: Ordumuzun döyüş meydanında vurduğu möhtəşəm "qol"dan sonra separatçı düşmənin məğlub nümayəndə heyəti Yevlaxa, meydanın mərkəzinə dəvət edildi.
20-09-2023, 18:51
Millət vəkili İlham Məmmədov: Anti-terror tədbirləri suverenliyimiz və erməni təxribatlarına son verilməsi naminədir.
17-09-2023, 19:21
ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilməsini ABŞ xarici kəşfiyyatının fəaliyyəti kimi də qiymətləndirmək olar.
16-09-2023, 19:21
Heydər Əliyev Fondu tərəfindən Yevlax rayonunun Xanabad kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib
14-09-2023, 20:18
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
13-09-2023, 21:41
Natiq Əlisoy: Cənab Putinin xüsusi plan hazırlayacağını istisna etmirəm. Ermənistanı yaxın tarixdə nələr gözləyir? Biz nələrin şahidi ola bilərik?
12-09-2023, 23:51
Mərkəzi Aran Regional Təhsil İdarəsi Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanının vaxtını elan edib.
10-09-2023, 23:52
Millət Vəkili İlham Məmmədov: Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər!
10-09-2023, 15:44
İnsanlar həyəcan içindədir, Yevlax şəhərində güclü partlayış səsi eşidilib. Səbəb nədir?
9-09-2023, 15:26
ABŞ ilə Ermənistan arasında keçiriləcək EAGLE PARTNER "QARTAL ORTAĞI" 2023 birgə təliminin gizli məqamları...
5-09-2023, 21:10
Hərbi ekspert Natiq Əlisoy: Məxfi məlumatlar düşmənə bu yolla çatdırılır! Özümüz öz əlimizlə düşmənə kəşfiyyat məlumatları ötürürük...
3-09-2023, 15:18
Millət Vəkili İlham Məmmədov: Azərbaycanın mövqeyi konstruktiv və haqq-ədalətə uyğundur.
30-08-2023, 13:54
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
29-08-2023, 14:19
Millət Vəkili İlham Məmmədov: Biz düşmənlə bir süfrədə çörək kəsmək istəməsək də, biz "çörəkkəsən", və "yolkəsən" xalq deyilik!
26-08-2023, 10:33
Yevlax şəhərində 26 avqust “Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü keçirilib.
21-08-2023, 21:46
Milli Məclisin deputatı İlham Məmmədov: “Hərbi Prokurorluğun aşkarladığı faktlar erməni faşizminin ifşasında mühüm əhəmiyyətə malikdir”
21-08-2023, 20:00
Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov yeni vəzifəyə təyin edilib.
21-08-2023, 14:45
Bayraq ordenli Mədəd Süleymanov "Heydər Əliyev" medalı ilə təltif edilib.
21-08-2023, 14:34
Yazıçı Natiq Əlisoy "Heydər Əliyev" medalı ilə təltif edilib.
20-08-2023, 11:58
Yevlax rayonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin növbəti yeni üzvlərinə üzvlük vəsiqəsi təqdim olunub.
18-08-2023, 21:22
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyi Şəhid Ceyhun Əyyubovun ailəsini ziyarət edib.