Hərbi ekspertlər danışmalıdırlar! Kirayə pulları nə üçün kəsilib? Minlərlə hərbçi nə üçün narazıdır?!

Minlərlə ehtiyatda olan hərbi qulluqçunun əsassız və qanunsuz kirayə pullarının kəsilməsi ölkədə böyük səs-küyə səbəb ola bilər! "Dialoq.Az" xəbər saytına açıqlama verən ehtiyatda olan zabit, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy bildirib ki, aidiyyatı orqanlar və qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır! Əks təqdirdə minlərlə hərbçi öz qanuni hüquqlarını müdafiə etmək üçün adekvat addım ata bilər. Bu isə ölkəmizin daxili və xarici imicinə ciddi zərbədir. Aidiyyatı orqanlar hələ də yatırlar, sanki gözləyirlər ki, xoşagəlməz hadisələr baş versin sonra ayılsınlar. Sitat:"Cənab Prezident, Cənab Ali Baş Komandanın hərbi qulluqçuların mənzil təminatı ilə bağlı verdiyi müvafiq sərəncamda birmənalı olaraq qeyd olunur ki, 20 il və daha artıq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular mənzil ilə təmin olunsunlar". Göründüyü kimi burada əsas şərt hərbi qulluqçunun 20 il və daha çox Azərbaycan Ordusunda qüsursuz xidmət etməsidir. Hərbi xidmətin qüsuru dedikdə qanunla bu anlayış tam olaraq aydın müəyyən olunmadığına görə ümumilikdə hərbi xidmətin qüsuru cinayət məsuliyyətinə cəlb olunma, xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılma və intizam qaydasında hərbi rütbənin endirilməsi kimi qəbul olunur. Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə yəni "öz arzusu" ilə ehtiyata buraxılma hərbi xidmətin qüsuru deyil. Hərbi qulluqçunun 20 il və daha artıq qüsursuz xidmət edib öz arzusu ilə ehtiyata çıxmasının bir çox köklü səbəbi var:
- Hərbi qulluqçu 20 il Azərbaycan Ordusunda xidmət etdikdən sonra öz arzusu və qərarı ilə gələcək xidməti perespektivini görməyi halda boş vəzifə tutmaq istəmədiyi üçün ehtiyata çıxa bilər. Bu bütün orduların təcrübəsində belədir;
- Hərbi qulluqçunun səhhətində müəyyən problemlər yarana bilər. Hansı ki, bütün hərbi qulluqçulara bəllidir ki, bu gün orduda yüzlərlə zabit və gizirlər var ki, ən çox onurğa, təzyiq, şəkər, əsəb və s. problemindən əziyyət çəksə də səhhətinə görə ehtiyata çıxa bilmir. Hərbi Həkim Komissiyası həmin hərbi qulluqçuların xəstəliklərini qərəzli olaraq düzgün şəhadətləndirmir (nə var ki, o zaman hərbi qulluqçunun əlavə imtiyazları yaranır. Məs: Pensiyasına əlavə 5% pul gəlir, pulsuz müayinə və müalicə hüququ qazanır və s.);
3. Hərbi qulluqçu (xüsusilə zabitlər) ciddi rotasiya (yerdəyişmə), monotonluq sindromu, hərbi xidmətin dinamiksizliyi problemi ilə üz-üzə qalır. Fakt olaraq deyə bilərəm ki, Naxçıvana xidmət üçün gedən zabitlər 6 il müddətə göndərilsə də 20 ilə qayıdıb gələ bilmir;
4. Bu gün təəssüflə də olsa qeyd etməliyik ki, orduda 40 yaşında baş leytenant və kapitan rütbələrində olan nə qədər zabitlər var. Hər kəs yaxşı bilir ki, həmin zabitlər gələcəkdə nə yüksək vəzifə, nə də yüksək rütbə qazana biləcəklər. Bu isə həmin zabitlərin günahı deyil. Bu kadr siyasəti konsepsiyasının (kadrların) qüsurlarıdır və s.
Odur ki, zabitlərin böyük əksəriyyəti bu kimi problemlərə görə məcbur qalıb 20 il xidməti bitən kimi ordudan öz arzusu ilə tərxis olunurlar! Düşünürəm ki, aidiyyatı orqanlar məsələnin nəticəsini yox, səbəbini araşdırmalıdırlar!
Cənab Prezidentin müvafiq sərəncamı və "Hərbi xidmətkeçmə haqqında əsasnamə"yə görə 20 il və daha artıq Azərbaycan Ordusunda xidmət edib ehtiyata çıxan hərbi qulluqçular ya 6 ay müddətində mənzil ilə təmin olunmalıdırlar, ya da növbə ilə mənzil alana kimi aylıq mənzilin kirayə pulu ilə. Məsələ ondan ibarətdir ki, 20 il Azərbaycan Ordusunda xidmət edib "öz arzusu" ilə ehtiyata çıxan hərbi qulluqçular mənzil növbəsinə qoyulsa da mənzil alana kimi onlara aylıq kirayə pulu verilmir (Bəzi rayonlar son aylara kimi kirayə pullarını təmin etsə də onlar da artıq kirayə pullarını kəsib). Hesab edirəm ki, bu problemin yaranmasında əsas səbəbkarlar bu gün orduda yüksək vəzifə tutan bəzi şəxslərdir! Onlar yuxarıda qeyd olunan səbəblərə görə ordudan ehtiyata çıxan zabitlərə görə Cənab Ali Baş Komandana cavab verə bilmədiklərinə görə belə bir ideya düşünüblər ki, 20 il və daha artıq Azərbaycan Ordusunda qüsursuz xidmət edib "öz arzusu ilə" ehtiyata çıxan zabitlərə belə bir qara yaxsınlar. Guya ki, o zabitlər 20 ildən sonra ordudan "öz arzuları ilə" getdiklərinə görə onlara bu kimi təsir göstərilsin! Əlbəttə, bu nağıla bənzəsə də, ancaq bir həqiqətdir! Düşünürəm ki, Cənab Ali Baş Komandan bu məsələdən xəbər tutduqdan sonra ehtiyatda olan zabitlərə qarşı qara yaxanların cəzasını verəcək. Ehtiyatda olan zabitlər Cənab Ali Baş Komandanın toxunulmaz qızıl fondudur. Biz hər zaman Cənab Ali Baş Komandanın əmrlərini sözsüz yerinə yetirmişik və bundan sonra da yerinə yetirməyə hazırıq! Hesab edirəm ki, sözügedən məsələnin aktuallaşması və problemin tezliklə həll olunması üçün bütün hərbi ekspertlər danışmalıdırlar,- Deyə Natiq Əlisoy bildirib.
Dialoq.Az
Bugün, 01:23
Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO
Bugün, 01:00
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
Bugün, 00:49
Meyiti yaşadığı evin həyətindən tapıldı
Bugün, 00:40
Yevlaxda üç avtomobilin toqquşması ilə nəticələnən qəza: Xəsarət alanlar var
Dün, 21:47
Bakıda avtobus evə çırpıldı - 5 sərnişin xəsarət aldı
Dün, 12:03
16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
3-07-2026, 22:24
Anar Bayramovdan yeni - Təyinat
3-07-2026, 21:06
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
3-07-2026, 20:28
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər - Qadağa deyil, qorunma mexanizmi
3-07-2026, 18:51
Bu marşrutların hərəkət istiqaməti - Dəyişir
3-07-2026, 18:46
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
30-06-2026, 11:18
Təhsil naziri: Bu məntiqə sığmır
30-06-2026, 10:58
Deputatlar tətilə hazırlaşır
29-06-2026, 20:11
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
29-06-2026, 16:30
Sürücü hazırlığına investisiya niyə vacibdir?
29-06-2026, 16:24
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu
29-06-2026, 11:55
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
29-06-2026, 09:13
Bu yollar tıxaclıdır - Siyahı
29-06-2026, 09:10
Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
28-06-2026, 19:40
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
28-06-2026, 19:01
İxtisas imtahanından keçməyənlərə yenidən şans veriləcək
28-06-2026, 18:58
Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü
28-06-2026, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
28-06-2026, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
28-06-2026, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
28-06-2026, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
27-06-2026, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq