Zabitlərin əksəriyyəti bu gün nə üçün taksi sürür? QISA ARAŞDIRMA!
Araşdırma
Oxunub: 1 388
3 May 2023 | 11:47
Zabitlərin əksəriyyəti bu gün nə üçün taksi sürür? QISA ARAŞDIRMA!
Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən "BOLT", "UBER" kimi taksi şirkətlərində sürücü işləyən sürücülərin böyük əksəriyyəti ehtiyatda olan zabit və gizirlərdir. Məsələni araşdırmaq üçün kimliyimi (ehtiyatda olan zabit olduğumu) bildirmədən sərnişin kimi əyləşdiyim taksilərdə sürücünün ehtiyatda olan hərbçi olduğunu görüb bir neçə yoxlama sualları ilə kiçik araşdırma apardım. Verilən suallara cavab olaraq həmsöhbət olduğum ehtiyatda olan hərbçilərin müəyyən hissəsi qüruruna sığışdırmayıb sadəcə boşluqdan taksi sürürəm desə də böyük əksəriyyəti işsizlikdən, yaşamaq üçün mənzillərinin olmamasından və bu səbəbdən kirayə pullarını çatdıra bilməməsindən ciddi şikayətləndi. Sözün açığı çox təsirləndim, hətta məni qəhər boğdu!
Bilirsiniz, ailəni dolandırmaq üçün, maddi ehtiyacları qarşılamaq üçün hər hansı işlə məşğul olmaq ayıb deyil, ayıb bilirsinizmi nədir? Ayıb odur ki, həyatını dövlət, millət, xalq üçün fəda etmiş insanların bu dövlətdə, dövlət orqanlarında rəsmi iş tapa bilməməsi və sonda son çıxış yolu kimi taksi sürücülüyünə üz tutmasıdır. Söz sözə gələndə müəyyən aidiyyatı orqanlar böyük-böyük danışırlar! Sual yaranır, bəs onda o orqanlar görmürlər ki, onun hərbçisi necə yaşayır? Onlar görmürlər ki, ehtiyatda olan zabit və gizirlərin böyük əksəriyyəti taksi sürür, hardasa qapıda mühafizəçi dayanır, hansısa dükanlarda satıcı işləyir? Bəs ayıb deyil ki, kapitan, mayor, polkovnik-leytenant rütbəsində olan ehtiyatda və istefada olan hərbçilər kimlərinsə əlinin altında qul kimi işləyirlər? Bəs onda qürur, mənlik, mənəviyyat? Olmaz ki, dövlət özü həmin hərbçiləri dövlət orqanlarında, idarə və təşkilatlarda işlə təmin etsin? İndi bir çox ağıllılar deyəcək ki, bu gün ehtiyatda olan hərbçilərin çoxu dövlət orqanlarında işlə təmin olunub! Sadə bir cavabla həmin şəxslərə bilərmək istəyirəm ki, bu gün dövlət orqanlarında işləyən 5-10 faiz ehtiyatda olan hərbçilərin adamı olmasa onları heç yerdə işə götürməzlər! Biz bu gün deyirik ki, türk ordusuna uyğun ordu qururuq. Necə qururuq? Gedin görün türk ordusunun ehtiyatda olan zabiti taksi sürür? Məktəblərdə qapıda mühafizəçi durur? Satıcı işləyir? Hesab edirəm ki, bu ordumuza və onun hərbçisinə qarşı böyük mənəvi zərbə və xarici düşmənlərin gələcəkdə ordumuzun zəifləməsinə hesabladığı təxribatıdır.

Yazıçı, Azərbaycab Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı