Altıncı sinif şagirdi Nurcan Rəhimlinin vətən sevgisi
Araşdırma
Oxunub: 657
28 Mrt 2023 | 13:07
Altıncı sinif şagirdi Nurcan Rəhimlinin vətən sevgisi
Səhər məktəbə getmək üçün qalxdım. Hazırlaşıb məktəbə getdim. Zəng çaldı və dərs başladı. İlk dərsimiz ədəbiyyat fənni idi. Müəllimə sinifə gəldikdən sonra bizə dedi:
-Uşaqlar, mən sizə kitabımızdakı "Ana vətən" mövzusunu öyrənib ana vətənimizi təsvir etməyinizi tapşırıram.
Dərslərimizin hamısını keçdik. Evə gəldikdən sonra, masama oturdum. Kitabı açıb oxudum. Mən çox həyəcanlı idim. Çünki, doğma vətənimi sözlər və cümlələrlə təsvir etmək mümkün deyildi. Kitabda olan bütün bu cümlələri ana vətənimi təsvir etmək üçün çox az hesab edirdim. Mənim sıxıntılı olduğumu görən nənəm mənim yanıma gəlib oturdu və dedi:
-Nolub, bala? Nə dərdin var?
Mən nənəmə əhvalatı danışdım. O, mənə dedi:
-Bala, məncə vətənini kitab cümlələri ilə deyil, qəlbinin cümlələri ilə təsvir etməlisən. Düzdü, kitabda daha çox məlumat var ama bir insana vətənini təsvir etmək üçün kitabdan əzbərlədiyi cümlələr lazım deyil. Mən sənin vətənini nə qədər çox sevdiyini bilirəm. Nəinki bütün Azərbaycan xalqı vətənini çox sevir. Hər kəsə öz vətəni əzizdir. Buna görə də sən qəlbində olan vətən sevgisini qəlbindəki cümlələrlə təsvir etməlisən.
Nənəmin bu fikri mənim çox xoşuma gəldi. Elə onun dediyi kimi də etdim.
Səhər açıldı. Məktəbə gedəndə tənəffüslərdə sinif yoldaşlarımın hamısı "Ana vətən" mövzusunu təkrar edirdilər. Nəhayət, gözlədiyim vaxt gəldi. Zəng vuruldu və müəllimə sinifə daxil oldu. O, uşaqların hamısını dərsi danışmaları üçün qaldırdı və danışdılar. Ən sonda sıra məndə idi. Mən yerimdən qalxıb qəlbimdə vətənimə qarşı olan sevgimi danışdım:
-Vətənimiz müqəddəs bir varlıqdır ki, onu "Ana vətən" adlandırırlar. Dövlətlərin çoxu Azərbaycanın torpaqlarına göz diksə də, Azərbaycan heç bir dövlətin torpaqlarına göz dikməmişdir. Mən özümü çox şanslı hiss edirəm ki, azərbaycanlıyam. Vətən uğrunda döyüşən, vətən yolunda canından keçən qardaş və bacılarımız vardır. Polad Həşimov, Mübariz İbrahimov, Muxdar Qasımlı, Arəstə Baxışova və daha neçə minlərlə şəhidlərimiz, qəhrəmanlarımız vardır. Hər bir azərbaycanlı kimi biz də Azərbaycanın qəhrəmanlarını unutdurmadıq, unutdurmuruq və unutdurmayacayıq. Mənə görə vətən sönməz, əbədi bir işıqdır.
Müəlliməm ayağa qalxıb məni alqışladı və dedi:
-Sən bu cümlələri hansı kitabdan oxumusan?
-Dediklərim kitab cümlələri deyil, qəlbimin cümlələridir...

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü