Azyaşlı qızcığazın qəlbində yaşayan türk sevdası! 6-cı sinif şagirdi Nurcan Rəhimli insanlıq hisslərini qələmi ilə bu cür ifadə etdi!
Araşdırma
Oxunub: 685
10 Mrt 2023 | 17:52
Azyaşlı qızcığazın qəlbində yaşayan türk sevdası! 6-cı sinif şagirdi Nurcan Rəhimli insanlıq hisslərini qələmi ilə bu cür ifadə etdi!
2023-cü il fevralın 6-sı idi. Səhər məktəbə getmək üçün oyandım. Əl-üzümü yuyub masa arxasında yemək yemək üçün əyləşdim. Bu vaxt atam televizoru açdı. İlk eşitdiyim səs körpə uşaqların səsi idi. Mən tez bütün diqqətimi televizora yönəltdim. Uçmuş binalar, binaların altında qalıb yardım istəyən insanlar, binaların altından çıxmış ama balasını və ya valideynlərini axtaran insanları görəndə göz yaşımı saxlaya bilmədim. Yanağıma axan göz yaşımı əlimlə sildim. Artıq nə televizora baxmağa ürəyim gəlirdi, nə də yeməyi yeməyə iştahım var idi. Tez yerimdən durub çantamı götürüb evdən çıxdım. Yolla gedərkən belə ağlım binların altında qalan insanlarda, yardım istəyən körpələrdə qalmışdı. Məktəbə çatanda hamının ayrı-ayrı yerlərdə dəstə halında toplanıb söhbət etdiklərini gördüm. Danışılanlardan başa düşdüm ki, qardaş ölkədə olan zəlzələdən danışırlar. Sinifə daxil oldum. Hələ də olanlara inana bilmirdim. Sinfimizin uşaqları da zəlzələ haqqında danışırdılar. Sinfimizdə Ayşən adlı yardımsevər, xeyirxah bir qız var idi. Lakin, o,qardaş Türkiyədə baş vermiş zələzələ haqqında məlumatsız idi. Mən tez onun yanına gedib baş vermiş təbii hadisə ilə bağlı məlumat verdim və dedim:
-Uşaqlar, gəlin, hamımız səhər yardım gətirək və qardaş ölkəmizə yardım göndərək.
Onlar hamısı mənimlə razılaşdı. Zəng çalındı və dərs başladı. Dərs zamanı müəllimlərimiz kədər içində bizə zəlzələni hiss etdiyimiz zaman necə hərəkət etməliyik mövzusunda məlumat verdi. Nəhayət dərsimiz bitdi. Mən evə gələn kimi tez televizoru işə salıb təkrar zəlzələ baş verən ərazidə olan insanların nəyə ehtiyacları olduqlarına baxdım. Onların yeməyə, suya, paltarlara və s. ehtiyacı var idi. Mən tez evdəki əşyalarımdan, isti paltarlarımdan bir bağlama hazırlayıb çantama qoydum. Kədərli olsam da hər kəs kimi mən də qardaş ölkəyə yardım göndərdiyim üçün sevinirdim. Axşam oldu, yatmaq vaxtı gəlsə də həyəcandan gözümə yuxu getmirdi. Yatmaq üçün çalışsam da fikirlər məni rahat buraxmırdı. Anidən ağlıma belə bir fikir gəldi: Düşündüm ki, məncə insanları zəlzələ yox, binalar öldürür. Çünki verilən məlumatlara görə zəlzələdən uçmuş binaların hamısı çox keyfiyyətsiz inşa edilib. Görəsən indi həmin binaları inşa edən insanların vicdanı rahatdımı?Görəsən gecə binaların altında qalmış insanlar soyuq yerlərdə yatanda, həmin inşaatçılar isti yerlərdə yata biləcəkmi? Bəlkə də həmin insanlar son dəfə güldülər, son dəfə bərabər oldular, son dəfə ata və analarını qucaqladılar, üzlərindən öpdülər. Kim bilərdi ki, gecəyarısı başlarına belə bir iş gələcək. Belə fikirləşərək özüm də bilmədən yuxuya getmişəm. Səhər oldu və mən məktəbə getdim. Yardımımızı toplayıb müəllimlərimizin köməkliyi ilə Bakıya yardım toplama məntəqəsinə göndərdik. O an çox qürurlu və kədərli an idi. Biz hamımız kövrəlmişdik! Müəlliməmiz bizə dedi:
-Afərin sizə uşaqlar. Biz sizinlə qürur duyuruq, siz balaca olsanız da hər birinizin böyük ürəyi var.
Əlbəttə ki, biz öz qardaş və baçılarımıza kömək göndərmişdik, bu bizim borcumuz idi. Əbəs yerə deməyiblər ki, biz bir millət, iki dövlətik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Tanrım türkü qorusun!

Yazıçı, şair Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı