6-cı sinif şagirdi Nurcan Rəhimli azyaşlı olsa da qələmi ilə hər kəsin sevimlisinə çevrilib!

Yevlax rayon Qaraməmmədli kənd orta məktəbin 6-cı sinif şagirdi Nurcan Rəhimli məktəbli olsa da yazdığı kiçikhəcmli hekayələrlə böyük ürəklərə yol tapmağı bacaran gənc və istedadlı qələm sahibidir. Azyaşlı olmasına baxmayaraq onun yazdığı hekayələrin əsas süjet xəttini dərin məna, ibrətamiz fikirlər, dostluq, mərhəmət, insanlıq və xeyirxahlıq təşkil edir. Maraqlıdır! Görəsən bu balaca qızcığazı yazıb yaratmağa həvəsləndirən nədir? Əlbəttə ki, bu təsadüf deyil! Nurcan Rəhimlini daha yaxından tanımaq üçün mütləq qeyd etməliyik ki, nur üzlü, mələk baxışlı Nurcan bala soyadını şərəflə daşıdığı, öz dövrünün dəyərli ziyalısı, əməkdar aqranom, natiqlik bacarığı ilə hər kəsi valeh edən Abışov Rəhim ocağında böyüyən xoşbəxt fidandır. O, öz kökü üstündə boy atan, ətrafına ətir saçan gözəl çiçəkdir. Nurcan Rəhimlinin yaradıcılığına nəzər saldıqda görürsən ki, doğrudan da onun yazdığı hər bir cümlənin böyük mənası və məntiqi vardır.
Hekayələrinin birində öz sevimli müəlliməsinə sevgisini özünəməxsus şəkildə ifadə edən Nurcan Rəhimli "Sürpriz" hekayəsində yazır:
"SÜRPRİZ"
Bizim bir Azərbaycan dili müəlliməmiz var idi. Gülay müəllimə. O bizə dərsi çox gözəl və asan yollarla başa salırdı. Lakin, biraz qaraqabaq idi. Bunun üçün sinfimizdə çox uşaq onu sevmirdi. Amma mən özümü ona çox yaxın hiss edirdim. Hər halda bunun səbəbi onun heç kiminin olmaması idi. Bəli, onun heç kimi yox idi.
Bunu mənə anam danışmışdı. Onun dediklərinə görə onlar eyni sinifdə oxuyublar. Gülay müəllimə 7 yaşında valideynlərini onun ad günü üçün hədiyyə almağa gedərkən avtomobil qəzasında itirib. O gündən sonra üzü heç bir zaman gülməyib və ad gününü bir daha qeyd etməyib. Çünki, bu qəzada özünün günahkar olduğunu düşünürdü. Amma anam onun çox xeyirxah və təmiz qəlbinin olduğunu deyirdi. Mən bunu sinif yoldaşlarıma danışdım onlar çox pis oldular. Mən onlara dedim:
-Gülay müəllimənin ad günü yanvarın 24 -dür. Gəlin hamımız ona hədiyyə alıb yalnız olmadığını xatırladaq. Uşaqlar razılaşdı. Həmin gün yanvarın 21-i idi. Lakin biz onun hədiyyəsini əvvəlcədən almaq istəyirdik. Pul yığıb ona içində hamımızın şəkli olan boyunbağı və qol saatı aldıq. Lakin, bu qol saatı qeyri-adi idi. İçində güzgüsü var idi.
Mən çox səbirsizlənirdim. Yanvarın 24-də Gülay müəllimənin onun ad gününü təbrik etdiyimiz üçün bizə qarşı verəcəyi reaksiyanı fikirləşirdim. Nəhayət, həmin gün gəldi. Biz anamla Gülay müəllimənin evinə getdik. Qapını döyəndə ürəyim o qədər səsli vururdu ki, onun səsini eşidirdim. Gülay müəllimə qapını açanda bizi görüb təəccübləndi. O, anamla illər sonra qarşılaşmışdı. Onu qucaqlayıb ağladı. O, bizi içəri dəvət etdi. Yemək yeyib, söhbətləşdikdən sonra biz ona hədiyyəmizi təqdim edərkən dedik:
-Ad gününüz mübarək, Gülay müəllimə!
O, bizə təşəkkür etdi və bizdən saatın içindəki güzgünün səbəbini soruşdu:
-Aldığınız hədiyyələri çox bəyəndim. Lakin, mənə niyə belə qeyri-adi saat aldığınızı başa düşmürəm.
Mən dedim:
-Zaman keçdikcə nə qədər gözəlləşdiyinizi sizə göstərmək istədik.Boyunbağının səbəbi isə sizin tək olmamanız, bizim hər zaman sizin yanınızda olacağımızdır.
Onun gözləri dolub ağladı. Bizi qucaqlayıb hamımızın üzümüzdən öpdü.
Bəli, budur! Nurcan balanın müəlliməsinə yazdığı hekayəni oxuduqca insan qürurlanır, sevinir. Biz də "Dialoq.az" xəbər agentliyi adından Nurcan balaya gələcək illərində uğurlar, xoşbəxtlik və gözəl həyat arzu edirik. Qələmin yazar olsun Nurcan bala!
Yazıçı, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatçısı Natiq Əlisoy
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı