Polkovnik-leytenant Vaqif Qurbanovun araşdırması. O, Füzuli rayonunun tarixi haqqında danışdı.

Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddə yerləşən Füzuli rayonunun ərazisi Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. İnzibati ərazinin ilkin adı Qarabulaq olmuş, daha sonra isə Karyagin olaraq adlandırılmışdır. Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonu Azərbaycanın ən siyahısına daxil olunmuşdur. Bundan əlavə Füzuli rayonunun ərazisində Əhmədalılar və ya Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi kimi Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, 23 Avqust 1993-cü ildə ermənilərdən ibarət silahlı terror qrupları tərəfindən işğalı zamanı atalarımızdan bizə miras qalmış və xalqımız üçün tarixi əhəmiyyət daşıyan abidələri ilə bərabər dinc əhalinin evləri də onların vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür. Ancaq, Füzuli rayonunun erməni terror dəstələrinin nəzarətində qalan kəndləri həsrətlə öz sahiblərini gözləyirdi. İşğaldan azad olunaraq əsl sahiblərinə qovuşmaq arzusundaydı. Nəhayət o gün gəldi. Ermənistanın təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalda olan torpaqlarımızın azad olunması üçün qəhraman ordumuz tərəfindən silahlı erməni terrorçularına qarşı hərbi əməlyatlar başlanıldı. Ermənilər “Ohanyan səddinin” ordumuz tərəfindən yarılacağına inanmırdılar. Hətta onlar dövlətimizi hədələməkdən belə çəkinmirdilər. Ancaq onların diqqətə almadığı bəzi nüanslar var idi. Bunlardan birincisi Müzəffər Ali Baş Komandanın qətiyyətliliyi, ikincisi ordumuzun döyüş hazırlığı və şücaəti, üçüncüsü isə xalqın ordu il bir olmağı. Aprel döyüşlərində olduğu kimi bu müharibədə də qəhraman ordumuz tərəfindən Ohanyan səddi ilkin olaraq cənub-şərq və şimal-şərq istiqamətdə yarılır. Azərbaycan Silahlı Qüvvələrinin ilkin həmləsi ilə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilir. Xəttin yarılmasına baxmayaraq bu istiqamətdə əsas möhkəmləndirilmiş ərazilərdən biri Füzuli şəhərinin alınmasına qədər sədd cənub-şərq cəbhəsində təhlükə olaraq qalır. Füzuli əməliyyatı nəticəsində Füzuli şəhəri işğaldan tam azad edilir Nəticədə cənub-şərq cəbhəsində səddin əsas dayaq nöqtəsi məhv edilir. Bununlada bu ərazidə sədd tamamən ələ keçirilir. Bununlada qəhraman ordumuz tərəfindən darmadağın olunmuş "Yenilməz Ohanyan səddi" öz mövcudluğunu tamamən itirir. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin işğaldan azad olunmasını elan etdi. 17 oktyabr 2020-ci il tarixdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa olan müraciəti, xalqın səsini dünyaya çatdıran tarixi bir bəyanatdır. Bu bəyanatda təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini sevincini və əbədiyətə qədər var olan xalq ilə Prezidentin vəhdətini təşkil edən dahiyanə siyasətin göstəricisidir. Bu gün tarixi bir gündür. Füzüli rayonunun erməni terrorçularından azad olunduğu gündür. Bir daha gözün aydın olsun Vətən. On yeddisi oktyabr nəinki Füzulililərin xatirəsində, həm də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün qəhraman ordumuz tərəfindən ermənilərin “Yenilməz ordu”, “Keçilməz Ohanyan səddi” mifologiyalarının darmadağın olunduğu bir gündür. Xalqımız cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazdı. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Füzuli rayonu dövlətin diqqət və qayğısı ilə daim əhatə olunub. Bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır. Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri sürətlə davam edir. Belə ki, qısa bir zamanda 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı, Füzuli şəhərini Şuşa şəhərinə bağlayan birbaşa avtomobil yolu Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" istifadəyə verilmişdir. Yurd həsrətli insanlarımız işğaldan azad olunmuş öz doğma yurdlarına dönəcəklər. Cəngi haraylı “Horadiz halayı” xoş müjdəli Qələbə Halayına çevrilməsi ilə xalqa bu sevinci yaşadan Müzəffər Ali Baş komandan İlham Əliyevin dahiliyi və qəhraman ordumuzun şücaəti tariximizə qızıl hərflərlə yazılacaq və hər bir azərbaycan vətəndaşının qəlbində əbədi olaraq yaşayacaqdır.
"Dialoq.az"
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı