Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsinin Cənubi Qafqaza hansı təsiri ola bilər? 
Araşdırma
Oxunub: 787
22 Eyl 2022 | 00:31
Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsinin Cənubi Qafqaza hansı təsiri ola bilər? 
Rusiyada qismən səfərbərliyin elan olunması ilə bağlı "Dialoq.az"a münasibət bildirən hərbi ekspert Natiq Əlisoy ilkin ehtimalları bu cür qiymətləndirib:
Məlumdur ki, müharibə aparan ölkələrdə səfərbərliyin elan olunması təbii haldır. Belə ki, ordunun komplektliyini tam təmin etmək və itkilərin yerini doldurmaq üçün bu kimi addımların atılması bütün müharibələrdə anlaşılandır. Qoşunların komplekliyinin faiz göstəricisi və onun döyüş qabiliyyətinin effektivliyi qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün ən vacib amillərdən biridir. Ancaq, məsələ ondan ibarətdir ki, düzgün ehtimal etmək lazımdır ki, səfərbərlik elan edən ölkənin niyyəti nədən ibarətdir? O səfərbərlik elan etməklə ona olan növbəti təhdidlərin qarşısını almaq üçün güc toplayır, yoxsa yeni hücum əməliyyatları planlaşdırır? Əlbəttə hər kəs bilməlidir ki, bu gün Rusiya deyə bilməz ki, biz səfərbərliyi özümüzü müdafiə etmək üçün edirik. Ona görə ki, Rusiyanın Ukrayna ilə apardığı döyüş hücum döyüşüdür. Yəni, hücum edən tərəf Rusiya, müdafiə olunan tərəf isə Ukraynadır. Buradan belə nəticə çıxır ki, Rusiya yeni hücumlar planlaşdırır. Bu birmənalıdır. Ancaq, əsas sual ondan ibarətdir ki, görəsən Rusiya səfərbərliklə çağırdığı əsgərini bir başa döyüşəmi yeritmək istəyir? Yəni cənab Putin bir o qədərmi təcrübəsizdir? Əlbəttə ki, yox! Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi başlandığı gündən bu günə kimi Rusiya tərəfi ordusunun ən elit və döyüşkən qüvvələrini ilkin olaraq döyüş əməliyyatlarına cəlb etmişdi. Çünki bu belə də olmalı idi. Ukraynanın müdafiə zolağını yarmaq üçün cənab Putin bu cür qərar verməli idi. Ancaq, nəzərə alsaq ki, döyüşlərin ilk iki-üç ayında ən yaxşı döyüşçülərini itirən Rusiya artıq boşluğu hiss etməyə başladı. Beləliklə boşluğu qismən doldurmağa çalışan Rusiya ilk olaraq Ermənistanda bazalaşdırdığı sülhməramlı qüvvələrin tərkibindən 4 ədəd SU-30SM təyyarələrini Rusiyaya apardı. Düşünürəm ki, Rusiyanın bu dəfə də buna bənzər bir addım atacağı ehtimalı istisna deyil. Yəni Rusiya rəhbərliyi səfərbərliklə yenidən orduya çağırdığı əsgərini bir başa Ukrayna ilə apardığı döyüşlərə cəlb etməsi düzgün planlama deyil. Bütün dünya ordularında olduğu kimi yenidən səfərbərliklə orduya çağrılan kontingentə bir müddət təlim keçmək lazımdır. Rusiyanın isə buna praktiki olaraq vaxtı yoxdur. Ancaq, Ermənistanda bazalaşan Rusiya sülhməramlı qüvvələri tam döyüşə hazırdır. Nəticə olaraq Rusiya yaxın günlərdə, daha dəqiq desək qismən səfərbərliyi başa çatdırdıqdan sonra mərhələli şəkildə Ermənistanda yerləşdirdiyi sülhməramlıların tərkibini səfərbərliklə yenidən orduya çağırdığı ehtiyatının hesabına dəyişəcək. Onu da bilməliyik ki, sadə dildə desək bu dəqiqə rus ordusuna təcrübəli hərbi mütəxəssislər lazımdır. Sülməramlı qüvvələrin tərkibi isə ən yaxşı hərbçilərlə komplektləşdirilir. Bu isə Qarabağda yerləşən sülhməramlı qüvvələrin zəifləməsinə gətirib çıxardacaq. Nəticə olaraq Ermənistan tərəfi yaranmış vəziyyətdən və daxili toqquşmalardan istifadə edərək növbəti təxribatlara əl ata bilər. Ermənistanın başı Rusiyada, ayağı Amerikada, ürəyi isə Qarabağda qalıb,-Deyə Natiq Əlisoy bildirib.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı